BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
21358

Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 0,5% artaraq 45 264 milyon ABŞ dollarına çatıb.

Valyuta.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində qlobal makro-iqtisadi və geo-siyasi vəziyyət maliyyə bazarlarında dalğalanmaları şərtləndirib. Belə ki, dünyanın aparıcı iqtisadiyyatlarında yavaşlama təhdidlərinin qabarıqlaşması, son onilliklərin ən yüksək qlobal inflyasiyası və bunun fonunda aparılan monetar siyasətlərin nəticələri barədə tərəddüdlər eləcə də, post pandemiya və geo-siyasi hadisələrin tələb/təklif zəncirinə yaratdığı əlavə təzyiqlər maliyyə bazarlarının başlıca qeyri-müəyyənliklərindəndir. Maliyyə bazarlarında müşahidə edilən hazırki qeyri - ənənəvi vəziyyət nəticə etibarilə həm qlobal istiqraz bazarları, həm də səhm indekslərində müvafiq enmələrə səbəb olub ki, bu da ARDNF – nn investisiya portfelinə təsirsiz ötüşməyir.

Bununla yanaşı, yüksələn enerji qiymətləri neft və qaz satışlarından əldə olunan gəlirlərdə artım ilə nəticələnib ki, bu da öz növbəsində aktivlərin həcminin yüksəlməsinin başlıca səbəbi olub.

2022-ci ilin yanvar-mart aylarında ARDNF-nin büdcə gəlirləri 2 955,9 milyon manat, büdcə xərcləri isə 2 764,5 milyon manat təşkil edib.

Hesabat dövründə Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 4 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən isə 5,8 milyon manat gəlir əldə edib, ölkənin payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% icra edilib.

Bundan başqa, rüb ərzində ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir isə 214,3 milyon manat təşkil edib.

3 ay ərzində ARDNF 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 757 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat, idarəetməyə isə 5,3 milyon manat yönəldib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? (AÇIQLAMA)

Bakı daha bir tədbirə ev sahibliyi edəcək

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Bu tikinti materialları bahalaşacaq

Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - TAM SİYAHI

Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir?

Genişzolaqlı internetin sürəti 38 % artıb

Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...

“Məcburi köçkünlər qayıtdıqca bu mənzillərin qiyməti enəcək” – Mühüm açıqlama

Bazar günü Bakıda 31 dərəcə isti olacaq

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Elektrikli Gelendvagen Mercedes-Benz G580 təqdim olundu

“Titanik”in ən zəngin sərnişininin cəsədindən çıxarılan qızıl cib saatı hərraca çıxarılıb

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi (FOTO)

Bu ərazilər tezliklə plana düşəcək

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Rusiyadan miqrantlarla bağlı açıqlama

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Dünyanın damı"nın radioaktiv çirklənməsinin mənbəyi tapıldı

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi ayırıb

BTC ilə daşınan neftin həcmi açıqlanıb

Formula-1 tarixinin ən böyük müqaviləsi

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin