EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu azaltdı
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
APA-nın EIA-yə istinadən verdiyi məlumata görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel təşkil edəcəyi ehtimal edilir, bu da əvvəlki proqnozdan 10 min barel azdır.
Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoz (fevral ayında verilib – red.) göstəricisi ilə müqayisədə 10 min barel azalma deməkdir.
Qeyd edək ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 720 min barel səviyyəsində olub. 2020-ci ildə sözügedən göstərici 700 min barel səviyyəsində olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay