Energetika
03.09.2021 / 14:42
"SOCAR Türkiyə"nin səhmdarlar strukturunda dəyişiklik: SOCAR bütün səhmləri aldı
17706
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "Sermaye Investments Limited" "SOCAR Türkiyə"nin səhmlərinin 890 574 713-nün və ya təxminən 13 faizinin satın alınmasını başa çatdırıb.
Valyuta.az Trend.az-a istinadən xəbər veri ki, bu barədə Türkiyənin İctimai İnformasiyanın Açıqlanması Platforması məlumat yayıb.
Bununla da SOCAR-ın "SOCAR Türkiyə"dəki bilavasitə və dolayı iştirakı 87 faizdən 100 faizədək çatıb.
Qeyd edək ki, satın alınan pay əvvəl "Goldman Sachs International" şirkətinə məxsus olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay