Şahdəniz yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlandı
Bu ilin I yarısında Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etdirilib.
Valyuta.az xəbər verir ki, bu barədə BP şirkətinin yaydığı aylıq hesabatda qeyd edilib.
Sənədə əsasən, Şahdəniz qazının 31 dekabr 2020-ci il tarixindən başlayaraq Avropa bazarlarına çatdırılması 2021-ci ilin birinci yarısında da davam edib.
İlin ilk 6 ayı ərzində yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə 10 milyard standart kubmetr qaz və təqribən 1,9 milyon ton (15,1 milyon barel) kondensat hasil edilib.
Qeyd edək ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay