Energetika
06.08.2021 / 13:40
AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi artırılıb
16675
Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında neft hasilatı və 3 suvurma quyusu qazılıb.
Valyuta.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkəti xəbər yayıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə AÇG-də 8 hasilat quyusu qazılmışdı.
Bundan başqa, bu ilin 6 ayında yataqlardan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2 milyon barel və 0,3 milyard barel çoxdur.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay