BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
16645

Bir neçə gündür ki, Azərbaycanda xaricdən gətirilən "Aİ-95" ("Premium") və "Aİ-98" ("Super") markalı benzinlər 5 qəpik bahalaşıb. Əgər əvvəllər bu benzinlərin hər litrinin qiyməti müvafiq olaraq 1,4 manat və 1,55 manat idisə, hazırda onlar 1,45 manata və 1,6 manata satılır.

Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq satışı ilə məşğul olan törəməsi "SOCAR Petroleum" MMC-də bahalaşmanı idxal qiymətlərinin artması ilə izah edirlər. 

 

Bəs qiymət artımları yerli istehlakçılara necə təsir edir?
"Aİ-95" və "Aİ-98" markalı benzindən istifadə edən avtomobil sahiblərinin sayı çoxdurmu? 

Valyuta.az xəbər verir ki, Report.az bu məsələlərə aydınlır gətirmək üçün nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikirlərini öyrənib.

Ekspert bildirib ki, sözügedən benzinlərin bahalaşması ilk növbədə ekoloji təmiz avtomobillərə tələbatı artıracaq: 

“Son illər Aİ-95 markalı benzinin qiymətlərinin artması avtomobillərin qiymətlərinə təsir etməsə də, maşın seçiminə təsir edib. Vətəndaşlar mühərrikinin həcmi az olan və hibrid avtomobillərə üstünlük verirlər. Çünki benzinin gələcək qiymətini proqnozlaşdırmaq çətindir və buna görə də insanlar ən aşağı benzin sərfiyyatı olan və yaxud hibrid avtomobillər alırlar. Düşünürəm ki, qarşıdakı aylarda bu tipli avtomobillərin sayı artacaq".

E.Cəfərovun sözlərinə görə, “Premium” və “Super” markalı benzinin alışı təbəqələrdən asılı deyil: 

"Bu, daha çox avtomobillərdən asılıdır. Misal üçün, mən özüm imkanlı adam deyiləm, amma bir müddət "Aİ-95" markalı benzin istifadə edirdim və benzin sərfiyatı məni qane edirdi. Amma qiymət artımından sonra mən "Aİ-92" markalı benzinə qayıtdım.

Deməyim odur ki, bu markalı benzindən istifadə təbəqələşmədən deyil, avtomobilin spesifikasiyasından asılıdır. Bu gün dilerlərdə elə avtomobillər var ki, onlarda "Aİ-92" və "Aİ-95" markalı benzinlərin hər ikisindən istifadə etmək olar. Amma bir çox avtomobillərdə isə yalnız "Premium" markalı benzin istifadə edilməlidir. Təbii ki, bu istehsalçının nəqliyyat vasitəsini istifadə edən şəxslərə tövsiyəsidir. Bir məsələni də nəzərə almaq lazımdır ki, "Aİ-92" və "Aİ-95" markalı benzinlərin qiymətləri arasında böyük fərq var və avtomobilin mühərrikinin həcmi böyük olanda vətəndaş məcburən "Aİ-92"dən istifadə edir”.

Onun sözlərinə görə, hazırda Premium markalı benzinlə çalışan avtomobillər elə həmin markalı benzinlə də çalışacaq: 

“Gələcəkdə onların "Aİ-92"yə keçidi avtomobildə nasazlıq yaradacaq. Əgər bir şəxs yeni avtomobil həvəskarıdırsa, o yenə də yeni avtomobil alacaq. Qiymət artımı buna təsir etməyəcək. Sadəcə insanlar daha çox hibrid yaxud elektrik enerjisi ilə çalışan avtomobillərə üstünlük verəcək. İndi mühərrik həcmi böyük olan avtomobillər də hibriddir. Mühərrik həcmi böyük olsa da, hibridə üstünlük verəcəklər. Ola bilər ki, “Premium” və “Super” markalı bezninə tələb azalsın, lakin istənilən halda yenə də tələb olacaq. Burada bir paradoksal məsələ də var. Dünya bazarında bu markalı benzinə tələbat azalsa belə qiymət yüksəlməsi davam edə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin