04.08.2021 / 19:39
Bakıda benzin istehsalı kəskin azaldı - CƏDVƏL
16584
2021-ci ilin yanvar-iyun aylarında paytaxt Bakıda 1 milyard 977 milyon manat dəyəri olan neft məhsulları istehsal edilib.
Valyuta.az bu barədə Bakı Statistika İdarəsinin yaydığı hesabata istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2020-ci ilin müvafiq dövri ilə müqayisədə sabit qiymətlərlə 5 faiz çoxdur.
Neft məhsullarından ağ neftin istehsalı 4 faiz, avtomobil benzininin istehsalı 5,3 faiz, azkükürdlü mazutunun istehsalı 37,8 faiz azalıb.
Sürtkü yağları 79,6 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 44,6 faiz artıb.
Paytaxtda 579,1 min ton avtomobil benzini, 1 230,8 min ton dizel yanacağı istehsal edilib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay