BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
16431

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə tərəfdaşları ilə birlikdə daha bir sosial layihəyə start verib.

Bu barədə Valyuta.az SOCAR-a istinadən xəbər verir. 

Belə ki, “ProFarms” adlanan layihə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq boru kəməri boyunca yaşayan kənd sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və kiçik sahibkarlıq ekosisteminin inkişafının təmin edilməsi məqsədi daşıyır. 

Layihə çərçivəsində şəhid ailələrinə, Vətən müharibəsi veteranlarına, yerli aztəminatlı ailələrə, təqaüdçü və ehtiyatda olan hərbçilərə müxtəlif növlü yardımların göstərilməsi nəzərdə tutulur. 2023-cü ilin fevral ayına kimi davam edəcək layihə Kürdəmir, Ağdaş, Ucar və Yevlax rayonlarında yerləşən 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edəcək. 
“Profarms” layihəsi çərçivəsində dəstəklənəcək kəndli fermerlərin 50%-ini qadınlar təşkil edir.

Layihənin hədəflərinə nail olmaq üçün aşağıdakı xidmətlər göstəriləcək:

• arıçılıq və istixana təsərrüfatları üzrə peşə təlimlərinin təşkili;

• 100 ailə üçün hər birinin sahəsi 100 m2 olan istixanaların quraşdırılması;

• 100 ailənin hər birinə 10 arı ailəsi və arı pətəklərinin, müvafiq arıçılıq alətləri dəstinin paylanması;

• layihəyə seçilmiş şəxslərin bizneslərini uğurlu planlaması və idarə etməsinə dəstək olmaq üçün maliyyə savadlılığı və biznesin idarə edilməsi mövzularında təlimlərin təşkili;

• seçilmiş bölgələrdə bal istehsalının artmasına dəstək olmaq üçün 30000 bol nektar istehsal edən meyvə ağaclarının və giləmeyvə kollarının əkilməsi;

• arıçılıq, istixana əkini, biznes planlaması və idarəetməsi ilə əlaqədar müddətli məsləhət və mentorluq xidmətinin təşkili;

• layihə haqqında informasiya kampaniyasının və layihədən faydalanacaq şəxslərin seçim prosesinin təşkili.

Qeyd edək ki, 2003-cü ildən etibarən Cənubi Qafqaz Boru Kəməri (CQBK) Şirkətində iştirak payına malik olan tərəfdaş şirkətlərin maliyyə dəstəyi ilə kənd təsərrüfatının inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirilib.

CQBK layihəsində iştirakçıların pay bölgüsü hazırda belədir: SOCAR (10%), Cənub Qaz Dəhlizi şirkəti (6,67%), bp (28,83%), TPAO (19%), Petronas (15,5%), Lukoil (10%), NİCO (10%).

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin