Neft bazarında qıtlıq davam edə bilər - OPEC+
"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) hasilat mövcud səviyyədə qalacağı təqdirdə, bu il bazarda neft qıtlığının davam edəcəyini gözləyir.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" "OPEC+"in texniki komitəsinə istinadən xəbər verir.
Məlumata görə, avqust ayında gündəlik tələb təklifi 1,7 mln. barel, ilin ikinci yarısında isə 1,9 mln. barel üstələyəcək.
Xatırladaq ki, pandemiya səbəbindən neftə tələbatın azaldığını nəzərə alaraq, "OPEC+" ölkələri ötən ilin mayından gündəlik hasilatı 9,7 mln. barel azaldıb.
Vəziyyət sabitləşdikcə məhdudiyyətlər nisbətən aradan qaldırıldı. Bu ilin may ayından etibarən gündəlik neft hasilatı 6,55 mln. barel olub, iyun ayına 6,2 mln. barel, iyul ayına isə 5,76 mln. barel təşkil edəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay