BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
14594

2021-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 14,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Valyuta.az-a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 918,7 min ton az olub.

Respublika üzrə neft hasilatının 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 11,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 11,1 milyon tondan çoxu konsorsiumun, 653,8 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən, təxminən 798 min ton, yəni 6,3 faiz azdır.

Cari ilin yanvar-may ayında ölkədə 17 milyard kub metr qaz hasil edilib. Qazın 5,4 milyard kub metri AÇG-dən, 8,4 milyard kub metri “Şahdəniz”dən, 3,2 milyard kub metri SOCAR-dan hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz, yəni 551,5 milyon kub metr artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı təxminən 7,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. 

Cari ilin yanvar-may ayında Türkiyəyə  təqribən 4,2 milyard kub metr, Avropaya təqribən təqribən 2,1 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 43,2 milyon kub metr qaz verilib. 

Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 2,2 milyard kub metrdən çox qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 iyun 2021-ci il tarixinədək təqribən 565 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 533 milyon ton xam neft, “Şahdəniz”dən isə təqribən 32 milyon ton kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 iyun tarixinədək təqribən 564,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Yataqlar istismara veriləndən cari ilin 1 iyun tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 182 milyard kub metr, “Şahdəniz”dən isə 143 milyard kub metrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 97 milyard kub metrdən çoxu ixraca nəql edilib.

Ölkədə neft emalı 2021-ci ilin yanvar-may ayında 2,7 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 132,8 min ton çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Nazirliklərin avtomobilləri hərracda satılır - Məbləğlər

Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi ®

Azərbaycanın neft bitumu ixracından əldə etdiyi gəlir 10 dəfə azalıb

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Ötən ay 62 nəfərin diplomu tanınmayıb

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Startaplar bir-birinə dəstək verməlidir – İki tərəfə də qazanc gətirən metod

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin