BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
12847

“Suqovuşan” yarımstansiyasından verilən 35 kV-luq elektrik enerjisi qəsəbəni tam şəkildə enerji ilə təmin edə biləcək.

Valyuta.az Oxu.az-a istinadla xəbər verir ki, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə açıqlama verib.

A.Məmmədzadə bildirib ki, yarımstansiya vasitəsilə Talış ərazisinin də enerji təminatı həyata keçiriləcək.

O bildirib ki, ümumiyyətlə işğaldan azad olunmuş ərazilər yeni texnologiyalar və konsepsiyalarla qurulur:

“Bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları tətbiq olunur və biz də ağıllı şəbəkə konsepsiyasını ona uyğunlaşdırıq. Yekunda alınan paylayıcı şəbəkələr insan faktorundan az asılı olacaq. Demək olar ki, burada gələcəyi bilən elektrik şəbəkəsi yaradılır. Bu elə bir şəbəkədir ki, öz başına gələ biləcək qəzanı qabaqcadan proqnozlaşdırır. Avtomatik qəzaların ləğvi sistemi vasitəsilə qəza yeri təyin olunur, bununla da fasilələrin müddəti azalır. Bu xətlərin çəkilməsi baha başa gəlsə də yaxın müddətdə investisiya vəsaitinin geri dönüşü özünü göstərir. İzolyasiyalı xətlərlə həm tam təhlükəsizlik təmin olunur, həm də ətraf mühitə dəyən ziyan azalır və yaşıllıq zolaqlarının salınması mümkün olur”.

Araz Məmmədzadə əlavə edib ki, işğaldan azad edilən ərazilərdə bu texnologiyanın tətbiqi ilə 6 min kvadrat kilometr torpaq sahəsinə qənaət etmək mümkündür, hansı ki, 1 hektarda minlərlə ton taxıl əldə edilir:

“Ənənəvi xəttin çəkilişi zamanı ümumi 60 metrlik mühafizə zolağı saxlamaq lazımdır. İzolyasiyalı xətdə isə mühafizə zolağı demək olar ki, 6 dəfə azalır. Bununla da torpaqlardan səmərəli istifadə artır”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərlə yanaşı bu praktika ölkənin digər şəhər və şəhərətrafı ərazilərində də tətbiq olunacaq:

“Paralel olaraq digər ərazilərdə də elektrik şəbəkələrinə qulluq lazımdır. Bu texnologiyanın bütün ölkə ərazisində tətbiq edilməsi ilə bağlı layihəmiz var və təkliflər hazırlanır. Yüksək gərginlikli izolyasiyalı kabel sisteminə keçidin bütün üstünlükləri tam öyrənilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almanlar iqtisadiyyatın kritik vəziyyətindən narahatdır

Spiegel: Lufthansa Frankfurtdan Pekinə uçuşları dayandırır

Ukrayna 3 ölkəyə yeni sanksiyalar tətbiq etdi

"Legend Group" inzibati məsuliyyətə cəlb edildi

Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir

Çin avqustda Rusiyadan nə qədər neft və qaz alıb? - MƏBLƏĞ

"Xaliq Faiqoğlu" ilə "Az Filter" arasında nə baş verib?

Almaniyada qaçqınların sayı rekord həddə çatıb - Müharibədən sonra ilk...

"Volkswagen" 30 min işçinin ixtisarını müzakirə edir

"Sumqayıt Tibb Mərkəzi" məhkəmə qarşısında

Mərkəzi Bank bu şirkətə protokol yazdı

ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV

Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"

Valyuta tənzimi qaydalarının pozan şirkət cərimələndi

Avropa Ukrayna ərazisindən qaz tranzitini saxlamaq variantlarını axtarır

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi bir il sonra ilk dəfə artdı

"Aqrar Tədarük və Təchizat" ASC 33 minlik katric alır

Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH

"Azer Tech" barəsində protokol tərtib edildi

Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Prezident Qarabağ Universitetinin və yataqxanasının açılışında (YENİLƏNİB)

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Neft sənayesi işçiləri təltif edildi (SƏRƏNCAM)

Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq Konqdur - Siyahıda Bakıda var

Kapital Bank-dan neftçilərə qızıl kimi təklif®

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin