Energetika
21.05.2021 / 15:32
BP alternativ enerji sahəsində Azərbaycanla tərəfdaşlıq edəcək
12549
"BP şirkəti hazırda alternativ enerji mənbələrinə keçidi həyata keçirir və düşünürəm ki, şirkət Azərbaycanın da alternativ enerjiyə keçidi prosesində ölkənin tərəfdaşı olacaq".
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qrem Stüart (Graham Stuart) deyib.
Onun sözlərinə görə, hazırda ölkədə diversifikasiya prosesi gedir və Böyük Britaniya bu prosesin yalnız enerji sektorunda deyil, həm də digər sahələrdə də iştirak etmək niyyətindədir.
Nazir qeyd edib, ki London dünyanın maliyyə mərkəzidir və bunu nəzərə alaraq, Azərbaycanla maliyyə sektorunda daha sıx əməkdaşlıq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay