BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
12486

Füzuli şəhərində yeni 110 kilovoltluq yarımstansiyanın tikintisi başa çatmaq üzrədir.

Valyuta.az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.

O qeyd edib ki, Füzuli rayonunun mərkəzində yeni tikilən yarımstansiya bütün əhəmiyyətli obyektlərlə yanaşı, əhalini də enerji ilə təmin edəcək

“Fizuli şəhərində “Azərenerji” ASC tərəfindən yeni 110/35/10 kilovoltluq yarımstansiyanın tikintisi üzrə işlər yekunlaşmaq üzrədir. Yarımstansiya Füzuli şəhərinin mərkəzində inşa edilir, yaxınlığında yeni hava limanının inşa olunması stansiyanın əhəmiyyətini artırır. Ən yeni avadanlıqlarla təchiz edilən Füzuli yarımstansiyası SCADA Dispetçer sistemi vasitəsilə Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.

Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş bütün rayonlarda Füzuli rayonunda da yeni 110/35/10 kilovoltluq yarımstansiya inşa edilir. Füzuli rayonunda tikiləcək obyektlər, əhali və digər abonentlər, yaxınlıqdan keçən “Zəfər yolu” və digər strateji obyektlər Füzuli yarımstansiyasından qidalanacaq. Şükürbəyli yarımstansiyası tam yenidən qurulur”. 

Mərkəz rəisi qeyd edib ki, Şükürbəyli yarımstansiyası işğaldan azad edilən bütün rayonların elektrik enerjisi ilə təchizatında böyük rol oynayacaq: 

“Belə ki, əksər yarımstansiyalar məhz buradan qidalanacaq. Füzuli yarımstansiyasına məhz Şükürbəyli yarımstansiyasından yeni 110 kV-luq elektrik verilişi xətti çəkilib. İşlər yekunlaşmaq üzrədir”.

Qeyd edək ki, Füzuli yarımstansiyasında işlərin ayyarım müddətində yekunlaşması planlaşdırılır. Hazırda işğaldan azad edilən rayonlarda ümumilikdə 9 yeni yarımstansiya tikilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)

Hansı ödənişlər dividend hesab edilir? - Misallarla

Tramp FED-in qərarını "siyasi" hesab edir

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Dünya brendləri ilə işləyən İtaliya şirkəti Azərbaycan istehsalı ayaqqabıları dizayn edəcək

Sabah yağış yağacaq

Çin Mərkəzi Bankı əsas kredit faiz dərəcəsində dəyişiklik etmədi

Ağdamda Cənubi Qafqazın ilk divar kağızı istehsal zavodu açılıb

Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir

Bakıda kirayə mənzil bazarında vəziyyət - Hansı hallar qiymətlərə təsir edə bilər?

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - Siyahı

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

“Telegram”da kriptovalyuta birjasının nümayəndəsi sizə yazırsa, diqqətli olun

Üç kollecə direktor təyin olundu (SİYAHI)

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2045 iş yeri yaradılıb

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Yeni manatın dizaynında sən də iştirak et - Mərkəzi Bankdan sorğu

Dünyanın ən böyük 20 bankı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

COP29-da bu iş yerləri bağlana bilər

"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin