Energetika
19.05.2021 / 18:13
Bakı-Tbilisi-Ərzurum boru xətti ilə nə qədər qaz nəql olunub? - HESABAT
12447
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 12 mlrd 387,4 mln kubmetr qaz nəql edilib.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 10,8% artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 48,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 5 mlrd 963,4 mln kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 50,2% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay