BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
7584

Qanunvericiliyin tələbinə görə, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergi ödəyicilərində səyyar vergi yoxlaması növbəti və növbədənkənar olmaqla keçirilə bilər. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı Anar Bayramov şərh edir:

"Növbəti səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın başlanmasından azı 15 gün əvvəl vergi ödəyicisinə vergi orqanı tərəfindən yazılı bildiriş göndərilir.

Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər.

Mövcud qanunvericiliyə əsasən, vergi orqanı hər hansı vergi ödəyicisində 1 yanvardan 31 dekabradək olan dövrü əhatə edən təqvim ili ərzində ən çoxu bir dəfə növbəti səyyar vergi yoxlaması keçirə bilər.

Məsələn, 1 fevral 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması keçirilmiş vergi ödəyicisində növbəti səyyar vergi yoxlamasi həmin təqvim ilində, 2020-ci ildə keçirilə bilməz.

Misal 1: Tutaq ki, vergi orqanı 1 sentyabr 2020-ci il tarixdə növbəti səyyar vergi yoxlaması keçirib. Həmin vergi ödəyicisində 1 may 2021-ci il tarixdə növbəti səyyar vergi yoxlamasının keçirilməsində hər hansı qanun pozuntusu yoxdur, baxmayaraq ki, son yoxlama müddətindən bir il keçməyib. Vergi Məcəlləsinin 38.2-ci maddəsində müddət təqvim ili (1 yanvar – 31 dekabr) nəzərdə tutulduğundan növbəti səyyar vergi yoxlaması bir ildən tez keçirilə bilər.

Misal 2. Vergi orqanı 1 aprel 2020-ci il tarixdə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması keçirsə də, 15 sentyabr 2020-ci il tarixdə növbədənkənar vergi yoxlaması həyata keçirmək haqqında qərar verib. Hər iki yoxlamanın bir təqvim ilinə təsadüf etməsinə baxmayaraq, burada da qanun pozuntusu yoxdur. Çünki ikinci səyyar vergi yoxlamasının növü növbəti yox, növbədənkənardır. Vergi Məcəlləsində növbədənkənar vergi yoxlamasının keçirilmə halları müəyyənləşdirilsə də, keçirilmə müddəti ilə bağlı hər hansı məhdudiyyət qoyulmayıb."

//Vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bu nazirə iki yeni müavin təyin edilib

Bu nazirə iki yeni müavin təyin edilib

Vakansiyalarda olan “stressə davamlı” ifadəsi nəyə işarə edir?

Dövlət Neft Fondu “Meta"nın 179 mln. dollarlıq səhmlərini alıb - İlk dəfə TOP-5-də

Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək

Bu rayona yeni icra başçısı təyin edildi - Sərəncam

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin