Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

Redaktor

16.01.2025 23:10
531

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

Son dövrlər baş verən xəstə ölümlərindən sonra insanlar müxtəlif fikirlər səsləndirir. Qeyd edirlər ki, bir neçə il əvvəllə qədər xəstələr əməliyyatdan sonra ən azı xəstəxanada 3 gün qalırdı. Bu, onların xəstəliyinin ağırlıq dərəcəsinə görə dəyişirdi. 

Ancaq indi xəstə əməliyyat olundu, axşam və ya səhərə evə yazılır. Bu da onların nəzarətsiz qalmasına səbəb olur. Halbuki xəstə həkim nəzarətində olmalıdır. Xüsusi ilə özəl xəstəxanalar bunu edirlər.

Bəs əməliyyatdan sonrakı proseslərlə bağlı protokol qaydası necədir? 

Valyuta.az mövzunu professor Adil Qeybulla ilə müzakirə edib. Professor qeyd edib ki, bu müddət keçirilən əməliyyata bağlı olaraq, bir gün də, üç gün də ola bilər:

"Bütün bunlar hamısı fərdidir. Ona görə də müxtəlif rəylər ola bilər. Yəni, standart bir qrafik, protokol yoxdur".

Adil Qeybullanın sözlərinə görə, xəstə xəstəxanadan o halda evə yazılır ki, özünü tamamilə normal hiss edir, həyatına heç bir təhlükə yoxdur:

"Bəzən xəstəni ambulator müalicə üçün də evə göndərə bilirlər. Amma istənilən halda bu o vaxt olmalıdır ki, xəstənin stasionar müalicəyə ehtiyacı olmasın. Bunu isə həkim müəyyənləşdirir. Ümumiyyətlə, xəstələrin cərrahi əməliyyata mərzu qalması və daha sonra onlara qulluğun həyata keçirilməsi konkret olaraq xəstənin vəziyyətinə bağlıdır".

Son dövrlər estetik əməliyyatlardan sonra artan ölüm halları haqqında danışan Adil Qeybulla bildirib ki, bu əməliyyatlardan sonra xəstə kifayət qədər maye itirdiyindən, mübadilə pozuntusu baş verdiyinə görə əlavə müalicəyə ehtiyac duyulur:

"Estetik əməliyyatlardan, liposaksiya, abdominoplastika əməliyyatlarından sonra xəstələr evə göndərilir, müalicə  ambulator şəraitdə həyata keçirilmir, xəstələrdə dehidrotasiya başlayır. Bundan isə ölüm halları baş verir. Düşünürəm ki, bütün baş verən problemlərlə bağlı olan məsələlər qaydaya salınmalıdır. Bunun üçün də ilk növbədə kritik protokollar işlənməlidir. Digər məsələləri isə bu protokolun əsasında yoxlamaq və qaydaya salmaq mümkündür".

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Azərbaycan nefti ucuzlaşıb

06.12.2025

Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər

06.12.2025

Məzənnə

Yüklənir...