Azərbaycanda əkilən tütün niyə daxili bazara yox, xarici bazara hesablanıb?
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 22,312.8 min dollar dəyərində 7,254 ton tütün xammalı ixrac olunub.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün xammalı ixracında 3,2 dəfə, satılmış məhsulun dəyərində isə 4,5 dəfə artım qeydə alınıb.
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, Azərbaycanda siqaret istehsalında əsasən xaricdən gətirilən tütün xammalından istifadə olunur:
“Ölkə daxilində yerli tütün çox az, nadir hallarda istehsala yönləndirilir. Yəni, Azərbaycanda fəaliyyət göstərən siqaret istehsalçıları əslində xarici siqaret istehsal edən edən firmaların bir filialı kimi fəaliyyət göstərir. Həmin filiallara isə siqaret xammalını beynəlxalq şirkət hansı ölkədən istəsə idxal edir. Çünki onlar istehsal etdikləri siqaretin keyfiyyətinə birbaşa cavabdehlik daşıyır. Ona görə də ölkə daxilindəki istehsalçılar xüsusi xammalla təmin olunur”.
Ekspert deyir ki, ölkə daxilində əkilən tütün istehsala yönəldilmədiyinə görə Azərbaycandan tütün ixracı artır:
“Bundan isə həm də xarici tütün istehsalçı şirkətləri istehsal etdiyi məhsullarda keyfiyyətli tütün məmulatı effekti yaratmaq üçün istifadə edir. Həmin tütünlərə xüsusi maddələr vururlar ki, siqaret çəkən müştərini daha çox cəlb eləsin. Ona görə də əsasən xaricdən alınan xammal hesabına ölkə daxilində siqaret istehsal olunur, əkilən tütün isə xaricə satılır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay