Avtomobil parkının yenilənməsi üçün hansı tədbirlər görülməlidir?
"Təmiz Şəhər" ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib ki, Azərbaycanda avtomobil parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsi zəruridir.
Hələ 2021-ci ildə də Dövlət Gömrük Komitəsinin (DGK) sədri bildirmişdi ki, Azərbaycanda avtomobil parkın yenilənməsi ilə bağlı layihələr müzakirə olunur.
Həmin dövürdən artıq 3 il keçib. Bəs ötən dövürdə bu sahə üzrə hansı işlər görüldü, hazırda avtomobil parkının yenilənməsi üçün daha hansı layihələrin həyata keçirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı Valyuta.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, avtomobillərin utilizasiyasından danışdıqda, ilk növbədə qeyd etməliyik ki, Azərbaycan Respublikası ərazisində istifadə olunan nəqliyyat vasitələrinin təxminən 70 faizinin yaşı 10 ildən yuxarıdır:
“Yəni istifadə olunan avtomobillərin əksəriyyəti tam köhnəlib və ya istismarı çətinləşib. Həmin avtomobillər tez-tez xarab olur, ehtiyat hissələri dəyişdirilir, insanlar üçün problemlər yaradır və həmin nəqliyyat vasitələrinin təmirinə zərurət yaranır”.
Ekspert qeyd edib ki, avtomobil parkının yenilənməsi üçün müxtəlif tədbirlər həyata keçirmək olar:
“Ən başlıcası isə yeni nəsil - daha konfortlu, daha qənaətli nəqliyyat vasitələrinin ölkəyə gətirilməlidir. Bizim vətəndaşlarımız daha çox qənaətli və istifadəsi asan olan nəqliyyat vasitələrinin alınmasında maraqlıdır. Ona görə də nəqliyyat parkları yenilənərkən bu tələblərə cavab verməlidir. Ölkədə həmin nəqliyyat vasitələrinin istismarına şərait yaradılmalıdır”.
Yasin Mustafa isə deyir ki,ötən üç ildə bəzi avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət qoyuldu:
“Yəni, istehsal ili 10 ildən çox olan nəqliyyat vasitəsinin ölkəyə gətiriləməsinə icazə verilmədi. Digər tədbir isə köhnə avtomobillərin utilizasiyası ilə bağlı oldu. Bu da avtomobil parkının yenilənməsinə xidmət edir. Təhvil verilən hər bir köhnə nəqliyyat vasitəsi avtomobil parkının yenilənməsinə şərait yaradır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay