“Advent təqvim”lə müştərini sevindirin, tələbatdan sui-istifadə etməyin
Rəqsanə Məmmədova
Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer
Advent təqvimləri son illər ərzində Azərbaycanda məşhurlaşmağa başlayıb. Brendlər bu təqvimlərdən istifadə edərək yeni müştərilər cəlb edir, satışlarını artırır və müştəri loyallığını gücləndirir.
Amma bəzən bəzi brendlər advent təqvimlərin daxilinə satılmayan və ya işlək vəziyyətdə olmayan məhsullarını əlavə edirlər. Yəni yüksək tələbatdan sui-istifadə edirlər. Amma belə hallar brendlərə ziyan vura bilər.
Uzunmüddətli düşünən şirkətlər üçün təkrar satış çox önəmlidir. Təkrar satışı təmin etmək üçün müştəri məmnuniyyətini qorumaq lazımdır. Əgər müştəri aldığı məhsuldan razı qalmasa, nəinki təkrar satışlar olmayacaq, həttə brendə qarşı neqativ fikir formalaşacaq. Nəzərə alsaq ki, advent təqvimlər əsasən hədiyyə kimi verilir, neqativ təcrübə brendi iki tərəfdən zərbələyə bilər. Hədiyyəni təqdim edən və qəbul edən tərəf narazı qalacaqlar.
Marketinqdə belə bir anlayış var: “Neqativin kateqoriyaya yönləndirilməsi”. Bu nə deməkdir? Məsələn, insan “X” brendin bir məhsulunu alır və brenddən narazı qalır. Çox güman insanın neqativ fikri “X” brendin bütün kateqoriya məhsularına şamil edəcək. Yəni düşənəcək ki, bu “X” brend nə satırsa, nə istehsal edirsə, hamısı keyfiyyətsiz məhsuldur.
Ona görə brendlər advent təqvimlərin daxilində elə məhsullar yerləşdirməlidirlər ki, insanlar həm razı qalsınlar, həm də həmin brendin məhsullarını yenidən alsınlar.
Advent təqvimlərinin uğurlu istifadə nümunələri çoxdur. Məsələn, “L'Oréal” və “Sephora” kimi brendlər advent təqvimlərinə məhsularının nümunələrini daxil edirlər. Yəni bir növ insanlar məhsulları test edirlər. “Amazon” advent təqvimlərində müştərilərə hər gün endirim və ya bonuslarla hədiyyə təqdim edir.
Əslində, ideyalar çoxdur. Amma hər zaman nəzərə almaq lazımdır ki, advent təqvimlərinin əsas ideyası - insanları sevindirməkdir. Ona görə də, çalışın advent təqvimlərin daxilində, ən çox satılan, ən populyar olan, müştərilərin beyənmə şansı çox olan məhsullar yerləşdirin.
Advent təqvimi insanları heyran etsə, onlar brendin daimi müştərisinə çevriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay