Banklardakı əmanətlərə kiberhücumlar ola bilər?
Son dövrlər bank kartlarına qarşı hücumların artması insanlarda narahatlığa səbəb olur. Bir çox şəxslər düşünür ki, pulu saxlamağın ən etibarlı yolu banklara əmanət qoymaqdır. "Pulum bankdadır, ora xakerlər hücum edə bilməz" kimi düşünürlər. Bu məqam müştərilərin bank hesablarına olan kiberhücumların onların yalnız kartları deyil, eyni zamanda banklardakı əmanətlərinin də təhlükə altında olub-olmaması barədə suallar yaradır.
Bəs əhalinin banklarda olan əmanətlərinin oğurlanmaq ehtimalı varmı?
Valyuta.az-a danışan bank məsələləri üzrə mütəxəssis Emin Mahmudov deyir ki, banklara kiberhücumlar demək olar ki, olmur:
“Banklara hər hansı kiberhücum olmur. Bu, çox nadir hallarda baş verə bilər. Artıq 7 ildir ki, bank sektorunda fəaliyyət göstərirəm, belə hallarla rastlaşmamışam. Kartlardan pul oğurlamaq üçün heç bir xaker, heç bir proqramist banka hücüm etmir. Çünki banklar güclü qorunur. Bu da, kibercinayətkarlara əlavə problem yaradır. Onların böyük bir sistemi sındırmaq üçün çox güclü bilikləri olmalıdır, buna görə də, çox vaxt asan üsulu seçirlər. Bu, tək Azərbaycanda deyil, bütün dünyada belədir. Ümumiyyətlə, banklara hücum çox nadirən rastlaşılan haldır. Adətən, hücum zəncirin ən zəif halqasına, yəni kart sahiblərinə olur və bunu da etmək çox rahatdır”.
E.Mahmudov deyir ki, əmanət yerləşdirməyin etibarlı olduğunu kartlardan düzgün istifadə edə bilməyən şəxslər düşünürlər. Amma bu pulumuzu qorumaq üçün çıxış yolu deyil: “Bəzi şəxslər kartdan düzgün şəkildə istifadə edə bilmir və nədəsə səhv etməkdən qorxur. Əgər biz kart məlumatlarımızı qorumuruqsa, lazımsız, etibarsız linklərə daxil oluruqsa, telefonumuza göndərilən naməlum faylları yükləyiriksə, biz əmanət də yerləşdirsək onu qoruya bilməyəcəyik. Çünki həmin dələduz mobil tətbiqimizə girə bilsə, avtomatik olaraq bütün bank hesablarımızı ələ keçirmiş olur. Əksər banklarda da əmanətlər, kreditlər, cari hesablar mobil tətbiqin içərisindən idarə olunur. Həmin o əmanəti götürüb, karta transfer edib, daha sonra nağdlaşdıra bilərlər. Ona görə də, biz kartdan düzgün istifadə etməsək, əmanət yerləşdirmək də təhlükəsiz yol deyil. İlk olaraq kartdan düzgün istifadə etmək lazımdır.
“Kartdan düzgün istifadə etmək üçün kart məlumatlarını əmin olmadığınız yerə yazmaq olmaz. Bankdan mesaj gələndə çox diqqətlə oxumaq lazımdır, “Reklam mesajıdır” - deyib keçmək olmaz. Hər hansı əməliyyat edən zaman OTP kodu gələrsə, ona daha çox diqqət etmək lazımdır. Kodu tez yazmaq lazım deyil. Ümumiyyətlə, bütün bank müştəriləri OTP kodu gələn zaman diqqəti olmalıdır. Təkcə 4 rəqəmi götürüb tez SMS-i bağlamaq lazım deyil” – deyə E.Mahmodov bildirdi.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay