Bəzi sahibkarların vergi yükü azaldıla bilər (Video)
Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan və VÖEN-lə işləyən kiçik sahibkarların vergi yükü azaldıla bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb.
Vergi məsələləri üzrə ekspert Emin Səttarovun sözlərinə görə, elə fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər var ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər.
Təklifdə 13 istiqamət üzrə illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi nəzərdə tutulub. Hazırkı qanunvericiliyə görə isə, fərdi sahibkarlar əldə etdiyi gəlirlərə görə 20% gəlir vergisi ödəməlidirlər. Sahibkarın 3 nəfər işçisi olduğu halda, onun gəlirinin 75%-lik hissəsi vergidən azad edilir.
Daha ətraflı Xəzər Xəbərin videomaterialında:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay