BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
50404

“Yerlər məhddudur”, “Son biletlər qalıb”, “Biletlərin 80 faizi satılıb”, “Son 4-5 yer üçün yazılın” kimi elanlar görürük. Xüsusilə turlar, təlimlər, forumlar və s. bilet satışında buna rast gəlirik. Bu məhdudlaşdırıcı elanlar satışa təsir edir?

Valyuta.az-a danışan biznes konsultant Solmaz Yaqubova bildirdi ki, bu kimi çağırışlar insanlara təsir edir. Çünki insanlar nəyinsə məhdud olduğunu düşünən zaman ona daha çox can atırlar:

“Məsələn, “Son biletlər qalıb” ifadəsi o deməkdir ki, məhsul limitlidir. Bu zaman insanlar bunun daha dəyərli olduğunu düşünürlər və ona sahib olmaq istəyi də bununla paralel olaraq artır. Bu insanlarda elə bir fikir formalaşdıra bilər ki, deməli, bu konsert çox sevilən konsertdir. Əgər hamı bu konsertə gedirsə, deməli, yaxşıdır. Biletlər də limitli olduğu üçün daha tez əldə etməyə çalışırlar. Həmçinin burada zaman məhdudiyyəti də olur. İnsanlar nələrisə gecikdirməyə daha meyilli olurlar, amma zaman limitləməsi olan zaman insanlar daha tez qərar verib, hərəkətə keçməyə başlayırlar. İnsanlar limitli sayda olan məhsullara sahib olduğu zaman özlərini daha özəl, daha statuslu hiss edirlər. Burda əsas satılan məhsul yox, onun verdiyi duyğudur”. 

Biznes konsultant deyir ki, bütün bunlar hamısı marketinq strategiyalarına daxildir. Müxtəlif bizneslər hədəf kütlələrinə uyğun olaraq fərqli marketinq strategiyaları istifadə edirlər:

“Çox vaxt bu marketinq strategiyaları insanların psixoloji vəziyyətinə uyğun olaraq hazırlanır. Məhsulu satan zaman onun verəcəklərini önə çıxarmaq lazımdır. Məsələn, siz dərman hazırlayırsınız burada müxtəlif maddələrdən istifadə olunur, amma müştərilər bunu bilmir. Sizin hazırladığınız dərman baş ağrısını kəsmək üçündürsə, “Bu dərmanı içdiyiniz zaman 15 dəqiqəyə baş ağrısı qalmır” kimi ifadələr işlətməniz qarşı tərəfə verdiyiniz bir nəticədir. İnsanlar da sizdən məhsul alan zaman bu nəticəni istəyirlər. Bizim az əvvəl danışdığımız “Yerlər məhddudur”, “Son biletlər qalıb” kimi ifadələr isə onların daha az düşünməyinə və daha tez qərar verməyinə səbəb olur. Çünki günümüzdə insanlar çox qərarsızdırlar. Limitsiz sayda reklamlar var ki, onların qarşısına çıxır və onların arasında seçib qərar vermək insanlar üçün çətindir. Amma siz məhdudiyyətlər qoyduğunuz zaman insanlar bunu bir daha əldə edə bilməyəcəklərini düşünərək daha tez hərəkətə keçə bilirlər”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almanlar iqtisadiyyatın kritik vəziyyətindən narahatdır

Spiegel: Lufthansa Frankfurtdan Pekinə uçuşları dayandırır

Ukrayna 3 ölkəyə yeni sanksiyalar tətbiq etdi

"Legend Group" inzibati məsuliyyətə cəlb edildi

Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir

Çin avqustda Rusiyadan nə qədər neft və qaz alıb? - MƏBLƏĞ

"Xaliq Faiqoğlu" ilə "Az Filter" arasında nə baş verib?

Almaniyada qaçqınların sayı rekord həddə çatıb - Müharibədən sonra ilk...

"Volkswagen" 30 min işçinin ixtisarını müzakirə edir

"Sumqayıt Tibb Mərkəzi" məhkəmə qarşısında

Mərkəzi Bank bu şirkətə protokol yazdı

ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV

Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"

Valyuta tənzimi qaydalarının pozan şirkət cərimələndi

Avropa Ukrayna ərazisindən qaz tranzitini saxlamaq variantlarını axtarır

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi bir il sonra ilk dəfə artdı

"Aqrar Tədarük və Təchizat" ASC 33 minlik katric alır

Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH

"Azer Tech" barəsində protokol tərtib edildi

Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Prezident Qarabağ Universitetinin və yataqxanasının açılışında (YENİLƏNİB)

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Neft sənayesi işçiləri təltif edildi (SƏRƏNCAM)

Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq-Konqdur - Siyahıda Bakıda var

Kapital Bank-dan neftçilərə qızıl kimi təklif®

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin