BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8896
  • 1 Rusiya rublu
    0.0193
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2403
48897

Dos. İsa Qasımov

Bakı Mühəndislik Univeristeti Texnoparkının direktoru,
İnnovasiya Ekosistemi Oyunçuları Assosiasiyası idarə heyətinin sədri.


Əvvəlcə baxaq görək, dövrün universiteti necə olmalıdır?

Məlumdur ki, universitetlərin məqsəd və formalaşdırdığı dəyər müxtəlif mərhələlərdə dəyişib və təkmilləşib. Bu prosesdə “Birinci nəsil universitet”, “İkinci nəsil universitet” və “Üçüncü nəsil universitet” anlayışlarından istifadə edilir. Doğrudur, hazırda “Dördüncü nəsil universitet” və digər anlayışlara da rast gəlirik, ancaq bu yazıda əsasən “Üçüncü nəsil universitet” anlayışının gözləntiləri üzərində dayanmağa çalışacam.

Bunu hamı bilir və qəbul edir ki, bəşəriyyət bilik iqtisadiyyatı dövrünü yaşayır. Düzdür, bütün dövrlərdə (hər dövrün tələblərinə uyğun olaraq) bilik və ondan istifadə aktual olub. Ancaq bu da həqiqətdir ki, informasiya cəmiyyətində, xüsusilə rəqabətin “kosmik” sürətlə artdığı dövrümüzdə bilikdən istifadə əvvəlkilərdən daha çox zəruridir.

“Üçüncü nəsil universitet”in məqsədi nədir və hansı dəyəri formalaşdırmağa çalışır?

Öz işini bazarın tələblərinə uyğun quran “Üçüncü nəsil universitet”in məqsədlərində təhsil və tədqiqat olmaqla yanaşı, bilikdən istifadə olunması da vacib məqamlardandır. Qeyd edək ki, “Birinci nəsil universitet”lərin məqsədi təhsil, “İkinci nəsil universitet”lərn məqsədi isə təhsil və tədqiqat fəaliyyətləridir. “Üçüncü nəsil universitet”in formalaşdırmaq istədiyi, hətta bazarın tələbinə uyğun olaraq formalaşdırmalı olduğu, əlavə dəyər isə tədqiqat və təhlil bacarıqlarına malik mütəxəssislər hazırlamaqla yanaşı, sahibkarlar da yetişdirməkdir. Əlbəttə, burda sual yarana bilər ki, “Üçüncü nəsil universitet”in məzunlarının hamısı sahibkar olacaq? Xeyir, bu belə deyil. Ancaq bu həqiqətdir ki (başqa sözlə, rəqabətcil bazarın tələbidir ki), “Üçüncü nəsil universitet”in məzunları bilikdən istifadə edərək, sahibkarlıq bacarıqlarına malik olmalıdırlar. Buna qlobal bazarda texnosahibkarlıq fəaliyyəti də deyirlər. Məsələ ondadır ki, “Üçüncü nəsil universitet”in məzunları ali təhsil prosesində qazandıqları bilik və bacarıqlardan istifadə edərək, əlavə dəyər formalaşdıra bilməlidirlər. Əks halda, onlar bazarın tələb etdiyi fərqlilik, yenilik və ya əlavə dəyəri formalaşdırmaq proseslərində rəqabətdə güclü ola bilməyəcəklər. Burada qeyd edilən məqamlar ali təhsilin effektiv təşkili üçün də əhəmiyyətlidir. Belə ki, “kosmik” sürətlə dəyişən bazar şərtləri şəraitində təhsilin davamlılığı başqa cür mümkün də deyil. Başqa sözlə, əgər hər hansı universitet təhsil-tədqiqat-bilikdən istifadə ardıcıllığını təmin etmirsə (və ya edə bilmirsə), onda orada təhsil alan tələbələrə təklif edilən fəaliyyətlər çox darıxdırıcı, bezdirici və mənasız ola bilər. Niyə? Çünkü yeni nəsil insanlar texnosahibkarların təqdim etdiyi imkanlarla daha böyük resurslara malikdir. Tələbələrin gözləntiləri Universitetin onlara təklif etdiyi 20 illik, 10 illik, 5 illik hətta 3 il əvvəlki məlumatlar və ya yanaşmalarla təmin edilə bilinmir. Bu həm də Universitetin məhsul və ya xidmətlərindən gözləntiləri olan bazar üçün də belədir. Dolayısı ilə, təhsil-tədqiqat-bilikdən istifadəni tənzimləyən məzmun ardıcıllığını bacarmayan (etməyən) ali təhsil ocaqlarının fəaliyyəti resursların boşa xərclərnməsi və ya fantaziyadan başqa bir şey ifadə etmir. Bu vəziyyət həmin universitetlərin fəaliyyətində rol alan əksər tərəflərə (tələbə, müəllim, idarəçi, tərəfdaş və s) aiddir.

Düşünürəm ki, yuxarıdakı qeydlər dövrün universitetinin necə olmalı olduğu haqqında istiqamətverici olmaqla yanaşı, həm də informativ hesab edilə bilər.

Bəs onda, ali təhsil müəssisləri necə etməlidirlər ki, təhsil-tədqiqat-bilikdən istifadəni dövrün tələblərinə uyğun qura bilsinlər?

Əslində bunun cavabı sadədir. Belə ki, universitetlər öz işini elə qurmalıdırlar ki, onların formalaşdırdığı əlavə dəyər (ixtisaslı kadrlar, həll yolları və s.) investorlara maraqlı olsun, yaxud da bazarın tələb və gözləntilərinə cavab versin. İşin çətin və ciddiyət tələb etdiyi isə, bunun necə mümkün olmasıdır. Bunu öyrənmək üçün isə, qabaqcıl olan beynəlxalq təcrübəyə baxmaq və qəbul etmək lazımdır. Dünyanın qabacıl universitetlərində təhsil-tədqiqat-bilikdən istifadəni ardıcıllığını təmin edən ekosistemlər (özü-özünü tənzimləyən əlverişli mühit) var. Bu ekosistemləri formalaşdıran və ya davamlılığınlı təmin edən qurumlar isə texnoparklar, o cümlədən texnoloji transfer ofisləri, biznes inkubasiyalar, tədqiqat və inkişaf mərkəzləri və sairdir. Hansı ki, burda adı çəkilən quruluşlar bilik, maliyyə və zaman tutumlu fəaliyyətlər göstərirlər.

Universitetin tərkibində fəaliyyət göstərən texnoparklar və ya bu kimi digər strukturlar təhsil-tədqiqat-bilikdən istifadəni təmin etmək üçün aşağıdakı istiqamətlərdə öz işini qururular:

1. Texnoloji transfer və elmin kommersiyalaşdırılması prosesləri haqqında fərqindəlik və marketinq fəaliyyətlərini təmin edən xidmətlər: Bu proseslər universitetin professor-müəllim heyətini, tələbələrini, idarəçilərini, əməkdaşlıq etmək istədiyi potensial tərəfdaşları, potensial tələbə namizədlərini və s. əhatə etməlidir.

2. Dəstək proqramlarından faydalanmağa yönəlmiş xidmətlər: Bu proses universitetə, o cümlədən formalaşdırmağa çalışılan ekosistemin bütün tərəflərinə faydalı xidmətlər təklif etməlidir.

3. Elm-təhsil biznes əməkdaşlığını təmin edən xidmətlər: Universitetin formalaşdırdığı əlavə dəyərin əsas alıcıları, dolayısı ilə tələb edənləri ilə zamanında, başqa sözlə, gecikməmiş münasibətləri formalaşdırmalı və tənzimləməlidir.

4. Əqli mülkiyyət və lisenziylaşdırma xidmətləri: Universitetin ən güclü tərəflərindən birini təmin etməli və ekosistemin davamlılığına böyük töhfələr verməlidir.

5. Şirkətləşmə və sahibkarlıq xidmətləri: “Üçüncü nəsil universitet”lərin formalaşdırğı əlavə dəyəri ən əhəmiyyətli məqamlarda ifadə olunmasını təmin etməlidir.

Burada verilən 5 başlıca məqam, eyni zamanda Texnoloji Transfer ofislərinin fəaliyyətini də tənzimləyən modulları ifadə edir. Hər biri kifayət qədər əhəmiyyətli işlər olmaqla yanaşı, bacarıqlı insan resurslarının cəlb edilməsini, eləcə də maliyyə və digər resursların təmin olunmasında dözümlülük tələb edir. Növbəti yazımızda, bu haqda geniş təhlil verməyə çalışacam.

Yuxarıdakıları nəzərə alaraq, qeyd edə bilərik ki, müasir və perspektiv tələblərə uyğun olaraq, işini qurmağa çalışan Universitet üçün onun formalaşdırdığı Texnopark, o cümlədən texnopark daxilindəki digər fəaliyyətlər çox əhəmiyyətlidir. Hətta bunu, xüsusilə mühəndislik, iqtisadiyat, tibb və sair bu kimi sahələrdə dəyər formalaşdırmağa hədəfləyən universitetlər üçün olmazsa olmaz olan amillərdən biri kimi də saymaq olar. Başqa sözlə, Universitet və onun formalaşdırdığı Texnopark “nol” və “faza” kimidir. İkisindən biri olmadığı halda, işıq yanmayacaq.

Yazıya verəcəyiniz rəy və fikirləriniz də düzgün ekosistemin qurulması üçün vacib məqamlardandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilirlər

Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəb

Cəlilabadda üzüm yığımı davam edir, məhsulun qiyməti iki dəfə ucuzlaşıb

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim DANIŞDI

Aliment ödəməkdən yayınmağa çalışanların əmlakı müsadirə oluna bilər (VİDEO)

Ailə başçısı: "Dörd qızı oxudanlar da cənnətlə mükafatlandırılırmı?"

"Attestatla qəbul" tələsinə düşənlər: Kimdir günahkar?

Dondurulmuş ətlərə möhtac qala bilərik

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

General-mayora Müdafiə Nazirliyində vəzifə verilib

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı

Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi göstərəcək

Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)

Azərbaycanlı tələbə dünyanın ən yaxşı 7-ci universitetinə qəbul olundu

Paytaxtdakı bu yenilik sürücülərdə narazılıq yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Maaş və pensiyaların artımı ilə bağlı qərarlar gözlənilir

Sabah hava yağmursuz keçəcək

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?

Azərbaycan nefti ucuzlaşıb

Bu gün bu yollarda hərəkət istiqaməti dəyişdiriləcək

Selena Qomes milyarder oldu

Böyük Qayıdış: Şuşa şəhərinə daha 91 nəfər yola salınıb

Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

Azərbaycanda uşaqlara görə nə qədər sosial müavinət verilir? (SİYAHI)

Kreml “Sibirin Gücü - 2” üzrə danışıqların gedişindən danışdı

ABŞ Rusiyadan gübrə alışını yenidən artırmağa başlayıb

Moldovadada “Zolotaya korona” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin