BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45700

Sosial şəbəkədə iş müsahibəsinə gedən qadına onun görünüşünün müsahibədən keçdiyi vəzifənin mövqeyinə uyğun olmadığını bildirərək işə götürülməməsi haqqında məlumat yayılıb.

İşə götürən şəxs qadının makiyaj etmədiyini bildirib. Müshaibəyə makiyajsız, baxımsız gəlməsi işə qəbul olmasına maneə olması kimi qeyd edilib. Bu məlumat Azərbaycanda deyil, başqa bir ölkədən qarşımıza çıxan nümunədir. Maraqlıdır, Azərbaycanda iş müsahibəsinə gedən zaman səliqəli görünüşün işə qəbulda rolu nə qədərdir? İşə müraciət edən şəxsin görünüşünün vəzifənin mövqeyinə təsiri var?

Bu barədə Valyuta.az-a danışan HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bildirib ki, o, iş görüşməsi zamanı müsahibin səliqəli olmasına, dürüstlüyünə fikir verir. Aşırı makiyaj və ya digərləri ən son fikir verilən nüanslar olsa da, bu, vəzifə kateqoriyasına görə dəyişə bilər:

“Arxa və ön ofisdə işləyən işçilər var. Ön ofisdə çalışanlar, yəni müştərilərlə ünsiyyətdə olanları müştərilər görür. Buna görə də, müştərilərin də baxımlı, səliqəli şəxslər görmək istəməsi normaldır. Bu xüsusiyyət bütün şirkətlərdə tələbdir. Bu, vəzifə kateqoriyalarına görə dəyişə bilər. İT mütəxəssisləri, HR-lar və digər arxa ofisdə çalışan əməkdaşlar var ki, onlarda baxılan əsas məsələ səliqəli olmalarıdır. Ön ofisdə çalışan şəxslərin isə səliqəli olması ilə yanaşı, daha yaxşı görünməsinə də önəm verilir. Ümumilikdə bu, şirkətin öz siyasətidir.

Necə əməkdaşlar seçməsi şirkət tərəfindən müəyyən olunur. Hər şirkətin qaydası var və buna əsasən hərəkət edir. Əsas odur ki, dini, irqi, dili ayrı seçkiliklər olmasın, amma görünüş baxımından qanunvericilikdə hər hansı müddəa yoxdur”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin