BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45582

“Sığorta şirkətlərinin mənfəətlə işləməsi üçün onların yığımının ödənişlərindən daha çox olması lazımdır”

Bu sözləri Valyuta.az-a sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov “sığorta şirkətləri mənfəətlə işləmək üçün nə etməlidir” sualına cavab olaraq bildirib. 

Ekspert bildirib ki, mənfəət əldə etməkləri üçün  sığorta şirkətlərinin bağladığı sığorta müqavilələrinin sayı daha çox olmalıdır:

“Bir şirkətin daha çox sığorta müqaviləsi varsa, bu da o deməkdir ki, sığorta yığımlarınız daha çoxdur. Amma bu hələ mənfəət demək deyil. Çünki eyni zamanda bu həm də hadisə risklərinin  artmış olması deməkdir. Həmin o riskləri də bölüşdürmək üçün təkrar sığortalar var. Onun bir hissəsi təkrar sığorta şirkətinə ötürülür və sığorta hadisəsi olsa şirkətlər o ödənişi birdən-birə ödəmir. Təkrar sığorta da həmin məbləğin bir hissəsini qarşılayır”. 

İlkin İbrahimov əlavə edib ki, sığorta şirkətlərinin mənfəətinin daha çox, ziyanının daha az olması ilə bağlı ən böyük məsuliyyət aktuarilərin üzərinə düşür:

“Aktuarilər müştəri cəlb edəndə əvvəldən müəyyən etməlidirlər ki, orda sığorta hadisəsi baş. Verməsinin riski nə qədərdir. Əgər bunu əvvəldən müəyyən edə bilir və doğru seçim edə bilirlərsə, bu zaman şirkətlər də mənfəətlə işləmiş olur”. 

Ekspert əlavə edib ki, buna baxmayaraq, sığorta şirkətlərinin aktuariləri mənfəəti hesablayanda riskləri əvvəldən nəzərə almalıdır:

“Məsələn, sığorta şirkəti tutaq ki, dəyəri 50 manat olan bir kasko məhsulu yaradır, amma sığorta hadisəsi baş versə 5000 manat ödəniş edəcəyini deyir.. Bu zaman sığorta şirkətlərinin aktuariləri elə analiz etməlidirlər ki, proqnoz doğru çıxsın. Onlar müəyyən etməlidirlər ki, yaradılan sığorta məhsulunun zərəri və xeyri nədir? Çünki bütün bunlar sığorta şirkətinin gəlirlərinə təsir edə bilər. Şirkətlərin satış agentləri yaxşı olanda onlara geri qayıdış olaraq sığorta hadisələrinin baş verməməsi ilə bağlı daha çox mənfəət əldə edəcək.  Elə aktuarilər olur ki, onlar riskləri daha yaxşı müəyyən edə bilir. Ancaq hadisədir, baş verəndə baş verir”. 

Hazırda sığorta bazarında şirkətlərə mənfəətdən çox zərər gətirən sığorta məhsulları haqqında da danışan ekspert bildirib ki, sığorta bazarında ən zərərli sığorta  məhsulu aqrar sığorta,əen xeyirli sığorta məhsulu isə daşınmaz əmlakın icbari sığortası üzrə olanlardır:

“Rəsmi statistikalara görə daşınmaz əmlak daha çox sığortalanır, lakin daha az ödəniş olunur. Bu da şirkətlərə daha çox mənfəət gətirir”.  

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qeydiyyat üçün son gün! - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin