BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45576

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ötən ilin sonu yaradılan vergi ombudsmanı xidməti baş idarəsinə ilk dəfə rəis təyin edilib. Bu vəzifəyə Arif Quliyev təyin edilib.

Baş İdarənin yaradılması və vergi ombudsmanının təyin edilməsi bu sahədə səmərəliliyin artırılmasına, sahibkarların qarşılaşdığı məsələlərin həllində onlara hansı dəstəkləri verəcək?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ombudsmanın fəaliyyəti vergi ödəyiciləri, iş adamları ilə, vergi orqanları arasında  bu sahədə baş verən neqativ hallarda barışdırıcı rol oynayacaq:

“Bəzi problemli məsələlərdə isə məhkəmələrə gedib çıxmadan problemin həllinə çalışılacaq”. 

İqtisadçı bildirib ki, Baş İdarə vergi ödəyicilərinin hüquqlarını qoruya bilən bir instituta çevrilməlidir:

“Bu baxımdan da effektiv və güvənilir olacaqsa iş adamlarının, iş dünyasının güvənini qazanacaqsa, məhkəməyə gedən işlərin sayı xeyli azalacaq. Amma vergi ombudsmanlığı biznes subyektləri arasında olan mübahisələri tənzimləmək üçün deyil. Bu biznes subyektləri ilə dövlət arasında olan mübahisələri tənzimləmək institutudur. Ona görə düşünürəm ki, bu effektiv və güvənilən quruma çevriləcəksə, bu zaman məhkəmələrə gedən işlər də azalacaq. Necə deyərlər, biznes sahiblərinin şikayət edəcək bir qapı yaranacaq. Bu da nəticə etibarı ilə biznesin inkişafına müsbət təsir edəcək”. 

“Dövlət necə etməlidir ki, vergi ombudsmanlıq institutu vergi xidməti ilə sahibkarlar arasında yaranan problemlərin həllinə effektiv təsir göstərsin” sualına cavab olaraq Natiq Cəfərli bildirib ki, ən əvvəl ombudsman özünü doğrultmalıdır:

“Elə şəxs olmalıdır ki, həm cəmiyyətdə, həm də iş çevrələri tərəfindən güvənilən insan olsun. Elə olmalı deyil ki, bu vergi ombudsmanlıq institutu dövlətin maraqlarını həyata keçirsin, onlara xidmət eləsin. Belə olacaqsa, effektivliyi aşağı olacaq. Ancaq sahibkarların, iş adamlarının mənafeyi üçün sözün yaxşı mənasında vuruşacaqsa, bu zaman onun effektivliyi də kifayət qədər yüksək ola bilər”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin