BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45554

"Ölkəmizdə DOST TV – internet televiziyası fəaliyyətə başlayıb. Bu informasiya resursu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Ötən ay isə ASAN TV fəaliyyətə başlayıb. Bu resurs da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsusdur. Elm və Təhsil Nazirliyinin Təhsil TV kanalı isə daha öncədən fəaliyyətə başlayıb".

Valyuta.az xəbər verir ki, bu barədə fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.

 “Düşünürəm ki, ölkənin informasiya sektorunun inkişafı, dayanıqlı informasiya mühitinin formalaşması, informasiyaya əlçatanlığın artırılması və yeni iş yerlərinin yaradılması, ümumiyyətlə milli informasiya resurslarının yaradılması baxımından bu addımlar təqdirə layiqdir və xeyli faydalıdır. Hazırda bizim elə internet TV kanallarımız var ki (Baku TV, APA TV və s.) onlar hətta sektorda yeni kadrların hazırlanmasında da mühüm rol oynayırlar”.

 Osman Gündüz qeyd edib ki, Azərbaycanın media bazarının da yetərincə kiçik olması, reklam gəlirlərinin az olması, monetizasiyaya diqqət yetirilməməsi bu biznesin dayanıqlığı üçün də risklər yaradır.

“Amma burada bir sıra düşündürücü məqamlar var. Dövlət resursları hesabına formalaşan bu tip informasiya resurslarının sayının artması bir sıra risklər yaradır. Həmçinin bizim audiovizual bazarda heç bir qeydiyyata düşməyən, heç bir vergi ödəməyən xarici kanalların da əlçatan olması digərləri üçün problemlərdir. Dövlət resursları, dövlət sifarişləri kəsilən anda bu tip media qurumlarımız ciddi böhran yaşayırlar. Fikrimcə, məhz dövlət büdcəsindən maliyyələşən, dövlət maliyyəsindən asılı olan milli informasiya resurslarının yaradılması əlavə risklər də yaradır. Xüsusən də, burada rəqabətli mühitlə bağlı dövlət qurumunun özünün təbliğə üstünlük verməsi, özünün reklamla məşğul olması kimi amillər də var ki, bunlar yolverilməzdir”.

© Sfera.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin