BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44850

İqtisadçı Eldəniz Əmirov yazır...

Daxili bazarı təhciz etməkdə çətinliklər, idxal inhisarçılığı, fantastik qiymətlər və məhsul qıtlığı Rusiyadan idxal asılılığından xilas ola bilməyən ölkələrin iqtisadi mənzərəsi olacaq.

Rusiya benzin ixracına qadağa tətbiq etdiyi gün (~ 25 fevral), bunun səbəbinin Rusiyaya tətbiq edilən sanksiyalar olduğuna dair yazmış və müsahibələr vermişdik. 

Dünən isə "Forbes" jurnalında Rusiyanın Energetika və Maliyyə İnstitutunun sözçüsü Sergey Kondratyev Rusiyanın neft emalı sənayesi yay aylarında Rusiyada benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üzləşəcəyini yazıb. Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmir işlərini çətinləşdirir.

Böyük ehtimal ki, S.Kondratyevi bu etiraflara görə bağışlamayacaqlar. Halbuki, o hələ yumşaq ifadələr seçmişdi.

Rusiyada təkcə neft deyil, bütün emal və istehsal sahələri getdikcə tənəzzüllə üzləşəcək. Çünki, hər emal və istehsalın arxasında xaricdən idxal edilən çiplər, yüksək texnoloji avadanlıqlar, yarımkeçiricilər və digər müxtəlif kompanentlər dayanır.

Odur ki, Rusiyadan idxal asılılığı olan ölkələr də bunun mənfi tərəfini getdikcə daha çox hiss edəcəklər.

Hansı ölkələr ki, bu problemi fürsətə çevirməyi bacaracaqlar, Rusiyadan asılılığı daxili emal və istehsal gücü hesabına azaldacaqlar, o ölkələr ciddi anlamda qazanacaqlar. 

Amma hansı ölkələr Rusiyadan olan asılılığı yalnız başqa ölkələr hesabına ödəməyi düşünəcək və öz istehsal və emal sənayesinə diqqət ayırmayacaq, o ölkələr üçün nəinki idxal problemi əbədi qalacaq, hətta bir gün daha ciddi və daha dərin böhran yaşayacaqlar: Daxili bazarı təhciz etməkdə çətinliklər, idxal inhisarçılığı, fantastik qiymətlər və məhsul qıtlığı Rusiyadan idxal asılılığından xilas olan bilməyən ölkələrin iqtisadi mənzərəsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin