BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44808

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin region üçün ciddi təhlükə olduğunu bildirib.

QHT sədri "Report"a açıqlamasında qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktubla müraciət etməklə Ermənistandakı Metsamor AES-in region ölkələri üçün təhlükə mənbəyi olaraq qaldığını elmi sübut və dəlillərlə bir daha onların diqqətə çatdırıblar.

Onun sözlərinə görə, Metsamor AES-in yaratdığı təhlükə ilə əlaqədar aşkar dəlillərə baxmayaraq, Ermənistan yalan hesabatlar verir:

"QHT nümayəndələrinin məktubunda artıq istismar müddəti bitmiş, müasir təhlükəsizlik standartlarına cavab verməyən, köhnəlmiş texnologiyaların istifadə edildiyi Metsamor AES-in potensial nüvə qəzası mənbəyi olaraq qalması, eyni zamanda hər gün bölgənin ekologiyasına vurduğu ziyan, bölgənin içməli su mənbələrini zəhərləməsi və insanların sağlamlığına, təbiətə ciddi fəsadlar verməsi Nüvə Enerjisi Sammitinin iştirakçılarına xatırladılıb".

O bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti dəfələrlə Metsamor AES-lə bağlı problemləri, region və bütün dünya üçün potensial təhlükə mənbəyi kimi qalmasını beynəlxalq birliyin diqqətinə çatdırıb.

"Hesab edirik ki, bütün dünyanın ətraf mühit problemlərinin həlli üçün həmrəylik nümayiş etdirdiyi, səylərini artırdığı bir zamanda COP29-un Azərbaycanda keçiriləcəyi ərəfədə bu problem kölgədə qala bilməz və qalmamalıdır. Xüsusən yaxın keçmişdə nüvə qəzaları ilə əlaqədar əldə edilmiş acı təcrübə beynəlxalq birliyə bu məsələyə daha diqqətlə yanaşmağa vadar etməlidir. Bu qəzalar Avropa İttifaqında və bütün dünyada AES-lərin tikilməsi və istismarına baxışı dəyişmiş, təhlükəsizlik, ətraf mühitin qorunması ilə əlaqədar standartların daha da sərtləşdirilməsinə səbəb olub. Bu baxımdan Metsamor AES-in fəaliyyəti real olaraq böyük risk daşıyır və Ermənistanın məsuliyyətsiz siyasəti, beynəlxalq qurumların, ixtisaslaşmış təşkilatların laqeyd münasibəti region ölkələrini təhlükəyə atır",- Z.İbrahimli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin