BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44781

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında enerji əməkdaşlığı dərinləşir.

Valyuta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə enerji təhlükəsizliyi və geoiqtisadiyyat üzrə mütəxəssis, Kanada Enerji Araşdırmaları İnstitutunun, eləcə də Kanada Qlobal Münasibətlər İnstitutunun elmi əməkdaşı Robert Katlerin Kanada NATO Assosiasiyasının saytında dərc olunan məqaləsində deyilir.

"1 mart 2024-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhəri enerji sektorunda əsas yaxınlaşma mərkəzinə çevrildi. Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi. İclaslar Avropa İttifaqının Azərbaycan Respublikası ilə əməkdaşlığında mühüm mərhələyə çevrildi, eləcə də qlobal enerji strategiyalarının necə dinamik inkişaf etdiyini nümayiş etdirdi", - məqalədə deyilir.

Müəllif Cənub Qaz Dəhlizinin Xəzər dənizi regionundan Avropaya qaz nəqlini təmin edən mühüm boru kəməri layihəsi olduğunu qeyd edir.

"2022-ci ilin fevral ayında Ukraynada müharibə başlayandan CQD Avropanın Rusiya qazından asılılığının azaldılmasının həyati əhəmiyyətli mexanizminə çevrildi. Azərbaycanda "Şahdəniz" qaz yatağı bu dəhliz üçün əsas qaz tədarükçüsü olaraq çıxış edir", - məqalədə qeyd olunur.

Katler yazır ki, inkişaf edən geosiyasi dinamika və energetikanın qeyri-ənənəvi mənbələri istiqamətində diversifikasiyası üçün artan siyasi impuls fonunda son görüşlər Azərbaycanın strateji əhəmiyyətini vurğulayıb.

"Bakıda keçirilən iclas Azərbaycanın qaz tədarüklərinin diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyinin artırılmasında mühüm rolunu vurğulayıb. Lakin onun əhəmiyyəti təkcə nəhəng təbii qaz ehtiyatlarından deyil, həm də nəhəng külək enerjisi potensialından irəli gəlir", - deyə o qeyd edib.

Məqalənin müəllifinin sözlərinə görə, Bakıda keçirilən iclaslarda 23 hökumət tərəfdaşları, eləcə də 52 müəssisə və şirkət iştirak edib, bu görüşlər Aİ və Azərbaycan Respublikasının enerji sektorundaa strateji tərəfdaşlığa möhkəm tərəfdarlığından xəbər verir. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun iştirakı Aİ-Azərbaycan tərəfdaşlığının Brüssel üçün əhəmiyyətini vurğulayıb. Bu əməkdaşlıq təbii qazın əlçatan, sabit və təhlükəsiz tədarükləri, bərpa olunan enerji istehsalına dəstək, enerji səmərəliliyinin artırılması, hidrogen istehsalının öyrənilməsi, metan tullantılarının azaldılması və ətraf mühitin müdafiəsinin təmin olunmasını əhatə edir.

"Misal üçün, Avropa Komissiyası Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və "WindEurope" arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasına imkan yaradıb. Bu Anlaşma Memorandumu bərpa olunan enerji sahəsində fəaliyyət göstərənn Avropa şirkətlərinin Azərbaycanın nəhəng külək enerjisi potensialından istifadəsinə yol açır ki, bu da ehtimalla regionda qeyri-ənənəvi enerjinin payının artmasını sürətləndirəcək və Avropaya tədarüklərə səbəb olacaq.

Azərbaycan quruda 27 qiqavatt külək və günəş enerjisi potensialına, eləcə də Xəzər dənizinin şelf zonasında əlavə 157 qiqavatt külək enerjisi potensialına malikdir. Azərbaycan qarşısına 2030-cu ilədək bu cür mənbələrin onun quraşdırılmış elektrik gücünün 30 faizini təşkil etməsi kimi iddialı məqsəd qoyub. BAİ-nin qeyri-ənənəvi enerji mənbələrinə yönəlməsini nəzərə aldıqda, bu məqsəd Azərbaycanın Aİ ilə gözəl əlaqələrinə imkan yaradacaq.

Beləliklə, ənənəvi olaraq təbii qazla əlaqəli CQD artıq bərpa olunan enerji mənbələrini və elektrifikasiyanı əhatə edən əməkdaşlıq platformasına çevrilib. Külək enerjisi sahəsində strateji tərəfdaşlıq əməkdaşlığın dərinləşməsini əks etdirir, belə ki, qeyri-ənənəvi formalar ikitərəfli münasibətlərin bərabərhüquqlu aspektinə çevrilir", - deyə o əlavə edib.

Bundan başqa, Katler həmçinin Azərbaycanın metan tullantılarının azaldılması təşəbbüsünə qoşulmasında mühüm irəliləyişin olduğunu qeyd edir. Bu təşəbbüs dövlətlərin onilliyin sonunadək qlobal səviyyədə metan tullantılarını ən azı 30 faiz azaltmaqla bağlı könüllü öhdəliyini nəzərdə tutur.

"Diqqətəlayiqdir ki, Azərbaycan özünün milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) yeniləyərək tullantıların 35 faiz azaldılması ilə bağlı əvvəlki hədəflə müqayisədə 40 faiz azaldılmasına çalışır. Bundan başqa, ölkə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını dekarbonizasiya zonası elan edib.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarının başa çatması ilə aydın olub ki, Aİ və Azərbaycan arasında enerji əməkdaşlığı dönülməz şəkildə dərinləşir. Hər iki tərəf təbii qaz tədarüklərinin sabitliyinin təmin olunmasının razılaşdırılmış şəkildə vurğulanmasında həmfikir olmaqla, eyni zamanda qeyri-ənənəvi enerji resurslarının inkişafına iddialı şəkildə can atır. Bu razılaşma enerji geoiqtisadiyyatının gələcəyinə dair ümumi görüşə malik strateji tərəfdaşlıq, ümumi maraqların təşviqi üçün möhkəm əsaslar və enerji təhlükəsizliyi üçün təhdidlərin yumşaldılmasını əks etdirir", - deyə müəllif yazır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin