Taksi fəaliyyətində qiymətlərin artması gözlənilirmi?
“Taksi fəaliyyətində qiymətlərin artması gözlənilimir. Lap olsa belə ciddi qiymət artımı müşahidə olunmayacaq”.
Bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. Ekspert hesab edir ki, işbazlar bundan istifadə edib hər hansı qiymət artımına rəvac verə bilərlər:
“Bakı şəhərində müxtəlif nəqliyyat vasitələri ilə bağlı tənzimləmələr həyata keçirilir. Taksi fəaliyyətində islahatların aparılması uzun bir proses olacaq. Çünkü bu gün əhalinin böyük hissəsi taksi fəaliyyəti ilə məşğuldur. Onun üçün də burada birinci şirkətlərlə əməkdaşlıq edən taksilərlə bağlı islahatlar aparılacaq”.
Aslan Əsədovun fikirincə, əslində işbazlar üçün qiymətlərin artması ilə bağlı həmişə bəhanə var.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda 60 min taksi çoxdur, bu say 20 minədək azaldacağıq.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay