BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44406

Bu gün Mərkəzi Bank tərəfindən keçirilən hərracda ABŞ dollarına tələb 83,3 milyon olub.

 12 Mart 2024-cü il tarixində keçirilmiş valyuta hərracında isə tələb 79,4 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 20 valyuta hərracında bankların tələbi 1 milyard 598,4 milyon dollar olub.

Son günlər dollara olan tələbatın hər hərracda artması manata necə təsir edəcək? 

Valyuta.az-ın suallarına cavab verən iqtisadçı Eyyub Kərimli deyib ki, bu proses yanvar ayından start götürüb. Biz artıq 2 aydı dollara tələbatın artmasını müşahidə edirik:

“Lakin düşünürəm ki, bu hələ də bizə manatın hansısa formada məzənnəsini dəyişəcəyini deməyə əsas vermir. Çünki bu gün ölkədə valyuta ehtiyatı kifayət qədərdi, bundan başqa ölkəyə valyuta ehtiyatı da daxil olur. Hazırda ölkəmizdə 72 milyard dollara yaxın valyuta ehtiyatı var. Bu da təhlükəsizlik yastığı yaradır”.
 
İqtisadçı deyib ki, dollara tələbatın artmasını 2 amillə izah etmək olar:

“Birincisi, bayram öncəsi ölkəyə daxil olan məhsulların idxal qiymətlərinin artımasıdır. Digər amil isə müşahidələr göstərir ki, kreditlərdə dollarlaşma prosesi gedir. Banklar əsasən hazırda kreditləri dollarla verir və dollarla olan kreditlər artıb. Hesab edirəm ki, bu da süni amildir. Bundan əlavə manatlarda olan depozitlərdə dolların həcmi artıb. Hazırda depozitlərdə və kreditlərdə dollarlaşma prosesi gedir. Bütün bunlar da ölkədə dollara olan tələbatı artırır”. 

Eyyub Kərimli deyib ki,  bütün bu proseslərin fonunda daha ciddi fikir aprel ayının ortalarında söyləyə biləcəyik:

 “Bu gün ölkəmiz böyük beynəlxalq bir tədbirə hazırlaşır. Bu da valyutaya olan tələbatı artırır. 

Azərbaycan COP29-a ev sahiblik edəcək və bununla bağlı müəyyən idxal məhsullarının, materialların, digər əmtəələrin idxalı nəzərdə tutulur ki, bu da dollara olan tələbi artıra bilər. Bütün bunların fonunda manatın məzənnəsinə elə bir təsir olacağını düşünmürəm. Hələ ki, makro iqtisadi göstəriclərimiz, xarici borcumuzun həcmi, ölkəyə daxil olan valyutan-nın həcmi bunu deməyə əsas verir”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin