"Kommersiya qurumlarının üçdə birinin qeyri-aktiv olması biznes mühitindəki əngəllərlə bağlıdır"
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2024-cü ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan 178.323 kommersiya qurumunun 114 min 305-nin (64,1%-nin) fəaliyyəti aktiv, 64 min 18-nin (35,9%-nin) fəaliyyəti isə qeyri-aktiv olub.
Mövzu ilə bağlı Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, açılan kommersiya qurumlarının üçdə birinin qeyri-aktiv olması biznes mühitindəki əngəllərlə bağlıdır:
“Komersiya obyektlərinin qeydiyyata alınmasının sadəliyi nəticəsində istənilən iş açmaq asanlaşıb. Amma həmin açılan müəssisələrin 36 faizinin işləməməsi pis məqamın olmasından xəbər verir. Bu o deməkdir ki, açılan müəssisələrin üçdə biri işləmir. Deməli, biznes mühitində əngəllər var. Düzdür, işə başlayan öz gücünü düzgün dəyərləndirə, biznes haqqında məlumatsız ola bilər. Amma bu məqamların çəkisi 2 faizdən çox ola bilməz”.
Ekspert deyir ki, vəziyyətin dəyişməsi üçün asan xidmət rejimi hərəkətə gətirilməlidir:
“Qeydiyyatdan keçən müəssisənin işləməməsinə görə, aydiyyatı dövlət orqanları məsuliyyət daşımalıdır. Belə olarsa, qeyri-aktiv müəssisələrin sayı da azalacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay