BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
44163

Dünyanın aparıcı maliyyə xidmətləri qurumlarından olan "Deutsche Bank" Türkiyədə inflyasiya dinamikasının pisləşməsi ilə əlaqədar olaraq faiz dərəcəsi proqnozunu yenidən nəzərdən keçirib.

Bank, Türkiyə Mərkəzi Bankının (TCMB) mart ayında keçirilən iclasında 5 bənd faiz artırmasının "yüksək ehtimal" olduğunu və faiz dərəcəsinin 45 faizdən 50 faizə yüksələ biləcəyini gözləyir. Görəsən, bu nə dərəcədə realdır? 

Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Türkiyənin 50 faizlik kəskin faiz artımına gedəcəyi şübhəlidir: 

“Türkiyə Mərkəzi Bank son zamanlar faiz artımını onsuz da kifayət qədər yüksək həddə çatdırıb. Çünki hələlik nə inflyasiya, nə də lirənin dəyərdən düşməsinin qarşısını almaq mümkün olmur. Pandemiya dövründə kütləvi şəkildə dövriyəyə buraxılan türk lirəsi pul kütləsini xeyli artırdı. Bu da öz növbəsində inflyasiya basqılarını yüksəltdi. Türkiyənin əslində 50 faizlik kəskin faiz artımına gedəcəyi şübhəli görünür. Çünki 50 faizlik uçot dərəcəsi kredit faizlərinin də hardasa azı bu civarda olması anlamına gəlir. Hansı ki, bu civarda olan kredit faizlərilə iqtisadiyyatı inkişaf etdirmək mümkünsüzdür. Biznes kreditlərinin də faizi bu həddə olacaqsa, belə vəziyyət yeni iş yerlərinin yaranmasına, iqtisadi aktivliyə ciddi mənfi təsir göstərəcək. Türk lirəsinin dəyərdən düşmə sürəti azalsa da, hələ də bu proses davam edir. Amma istənilən halda, uçot dərəcəsində bu qədər kəskin artımın olması o qədər də inandırıcı görünmür. Uçot dərəcəsi artacaqsa. Bu 1-2 faiz civarında ola bilər”. 

Ramiz
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Belçika sərvət vergisinin tətbiqini təklif edir

Rusiyalıların 2024-də daha çox kabab yediyi məlum oldu – Tədqiqat

"Master Milk" məhkəmə qarşısında

Qlobal mərkəzi banklar qızıl ehtiyatlarını kəskin şəkildə artırdı

"Deluxe Residence"dən maddi ziyan tələbi

İtaliya aktivlərini itirdiyinə görə Aİ qarşısında çətin məsələ qaldırdı

Yaşam Klinikası lisenziyadan kənar fəaliyyət göstərib?

Rusiyada aprelin sonunda inflyasiya marmeladın köməyi ilə təxmin edildi

Keçmiş işçi əməkhaqqını ala bilmir - Məhkəmə

G7 ölkələri Rusiyanın aktivlərinin ələ keçirilməsi ideyasını rədd edir?

Gömrük Komitəsindən şirkətə 1500 manatlıq protokol

Məhkəmə Commerzbank-ın Rusiyadakı törəmə bankının səhmlərinə həbs qoydu

İcra hakimiyyətinin üç tenderi ləğv edildi

"Apple" zəif satışlar səbəbindən rekord sayda səhm geri alacaq

Bir milyon vergi borcu yazıldı, məhkəməyə müraciət etdi

BVF-nin Rusiya üzrə direktoru: BRİKS dollara alternativ təklif edə bilər

Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Nazirliyin idarəsi məhkəmə qarşısında

“Qaçqınkom”un 685 minlik drenaj təmiri

İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər məsuliyyətə cəlb olundular - VİDEO

66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirildi

Bakıdakı hotellərin qiymətinin qalxması nə ilə əlaqəlidir? – Ekspert

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin