"Bakıda nə qədər taksiyə ehtiyacın olduğunu inzibati qaydalar deyil, bazar müəyyənləşdirməlidir"
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə bildirib ki, bu gün aparılan işlər çərçivəsində Bakıda taksilərin sayı 67 mindən 60 minə qədər azalıb.
Onun sözlərinə görə, Bakının adam sayı nəzərə alınmaqla cəmi 20 min çivarında taksiyə ehtiyacı var.
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert İlqar Hüseynli bildirir ki, Bakıda nə qədər taksiyə ehtiyacın olduğunu inzibati qaydalar deyil, bazar müəyyənləşdirməlidir:
“Hazırda şəhərdə 60 min taksi fəaliyyət göstərirsə, deməli paytaxtda bu qədər taksiyə tələbat var. Onu hansısa imperativ rəqəmlərlə tənzimləyə bilmərik.
Kimlərin bazarda qalacağını, kimlərin gedəcəyini rəqabət müəyyənləşdirməlidir. Ona görə də deyilən yanaşmada yanlışlıq var. Belə yanaşma rəsmi qurumların paytaxtda taksilərin sayının azalmasında maraqlı olduqlarının göstəricisidir. Hökumət həm də bu xidmətin qanunun imkan verdiyi şəkildə həyata keçməsində maraqlıdır. Lakin taksilərin sayını azaltmaq istəyən hökumət əvəzində alternativlər də təklif etməlidir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay