BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
43950

Dünyada planşetlərə olan tələbat azalır. Mütəxəssislər bildirirlər ki, son üç ildə bu tendensiya açıq şəkildə müşahidə edilir. Səbəb isə texnoloji baxımdan ağıllı telefonlar və notbuklarla müqayisədə planşetlərin bir qədər geri qalmasıdır. 

Planşetlər bir zamanların ən çox axtarılan, əldə edilməsinə çalışılan, insanların ciddi şəkildə əlindən tutan texnoloji yenilik idi. 8-9 il öncəsinə qədər hamı planşet almağa maraq göstərirdi. Elə ən bahalı, maraqlı hədiyyələr də planşetlər hesab olunurdu. Hətta texnologiya blogerləri planşetlərin notbuk erasını bitirəcəyini də proqnozlaşdırırdılar. Amma vəziyyət dəyişib. Artıq bazarda da planşet markalarına az rast gəlinir. Alınan planşetlərdə isə əsasən uşaqlar oyun oynayırlar. 

Açıqlanan statistika da bunu göstərir. Belə ki, 2023-cü il ərzində dünya üzrə planşet satışı 135 milyon 254 min ədəd təşkil edib. “Canalys” agentliyinin hesabatına əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 10,3 %-lik azalma deməkdir. İkinci əsas məqam isə odur ki, müasir dövrdə ağıllı telefonların inkişafı və məşhurlaşmasından sonra 2019-cu ildə “Google” planşet bazarındakı satış və marağın az olması səbəbi ilə planşet istehsalını dayandırmışdı.

Doymuş bazar sindromu

Yeni texnologiyalar, telekommunikasiya və innovasiyalar üzrə ekspert Cəlil Xəlilovun sözlərinə görə, smartfonların daha “ağıllandığı” və notbukların getdikcə daha çox istifadə olunduğu vaxtda planşetlər tənəzzül dövrünü yaşayır. Mütəxəssis vurğulayır ki, qlobal planşet satışları dinamikası son üç il ərzində aşağıya doğru gedir: “Bu enişin səbəbinə gəldikdə isə, ilk nüans doymuş bazar sindromudur. Yəni satışlarda enişi şərtləndirən faktorlardan biri bazarın doymasıdır. Texnoloji qurğularla zəngin bir dünyada istehlakçıların seçim imkanları böyükdür. Planşetlər smartfonlar və notbuklar arasında mükəmməl inqilabi cazibəsi olduğu vaxtlarda bazarı bəzəyirdilər. Bazar oxşar funksiyalarla təchiz edən cihazlarla dolu olduğundan bu cazibə bir müddət sonra zəiflədi. Bazar iqtisadiyyatı burada özünü tam gücü ilə doğrultdu”.

“Köhnə getdi, sən təzədən danış”

Mütəxəssis deyir ki, ikinci faktor istehlakçının seçimlərini dəyişməsidir: “Necə deyərlər, “köhnə getdi, sən təzədən danış”. İstehlakçı seçimləri dinamikdir, dəyişən həyat tərzinə və texnoloji irəliləyişlərə uyğunlaşmaq üçün daim inkişaf edir. Daha böyük ekranları və təkmilləşdirilmiş imkanları ilə cəlb edən smartfonlar və misilsiz məhsuldarlıq təklif edən notbuklar fonunda planşetlər kimi arada qalan texnologiyaya ehtiyacın olub-olmaması getdikcə daha çox sual edilir. Hər ikisində ən yaxşısına sahib ola biləcəyimiz halda niyə onların ortasını seçməliyik?”.

İş üçün notbuk, ünsiyyət üçün isə smartfon

Mütəxəssis pandemiyadan sonra planşet bazarında enişin daha çox hiss olunduğunu vurğulayır: “COVID-19 pandemiyası məsafəli iş və virtual ünsiyyət üçün katalizator rolunu oynadı. Bu zaman da işimizi rahatlaşdıran cihazlara tələbat artdı. Planşetlər də məsafəli iş və virtual görüşlər üçün əlverişli texnologiya kimi özünü bu dövrdə doğrultdu. Dünya tədricən normala doğru irəlilədikcə isə, bu maraq azalmağa başladı. İnsanların işlərinə geri dönməsi, virtual görüşlərdən kənarlaşması planşetlərə olan ehtiyac azaltdı. Yenidən hamı iş üçün notbuklara, ünsiyyət üçün isə smartfonlara qayıtdı”.

“İnsanlar ehtiyacları dəbdəbədən üstün tuturlar”

Həmsöhbətimiz deyir ki, planşet bazarına təsir edən dördüncü əsas faktor iqtisadi təsirlərdir: “İqtisadi aspekti də nəzərdən qaçırmaq olmaz. Son bir neçə ildə dünyada insanların iqtisadi vəziyyətləri qeyri-müəyyəndir. İqtisadi tənəzzüllər istehlakçıların xərcləmə vərdişlərinə də təsir edib. Belə vaxtlarda planşetlər kimi vacib olmayan alətlər arxa plana keçir. Çünki insanlar hazırkı dövrdə ehtiyacları  dəbdəbədən üstün tuturlar”.

Ümid hələ də var?

C.Xəlilovun sözlərinə görə, ümumi azalmaya baxmayaraq, planşet bazarının müəyyən seqmentləri inkişaf etməkdə davam edir. Yəni, ümid hələ də var: “Planşetlərin daşınma qabiliyyətini və çoxyönümlülüyünü dərk edən təhsil müəssisələri onların istifadəsində inadkarlıq nümayiş etdirirlər. Bundan əlavə, istehsalçılar da fəal şəkildə yeniliklər edir, bazarlara uyğun yeni funksiyalar təqdim edirlər. Planşet bazarının gələcəyi ilə bağlı işartılar hələ də var. Peşəkar mövqe, mövcud ekosistemlərə inteqrasiya və ya inqilabi dizaynlar vasitəsilə planşetləri yenidən canlandırmaq bəlkə də mümkündür. İnnovasiyaları qəbul etmək, istehlakçı ehtiyaclarını anlamaq və daim inkişaf edən texnoloji mənzərədə fərqli dəyər təklifi hazırlamaq bu texnologiyanı böhrandan çıxara bilər”.

Mütəxəssis sonda vurğuladı ki, qlobal planşet satışlarının azalması sadəcə statistik göstərici deyil, dəyişən istehlakçı davranışlarının, bazar dinamikasının və texnoloji irəliləyişlərin nəticəsidir.

© Kaspi qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan ilə Gürcüstan arasında ticarət döviyyəsi 100 milyona yaxın azalıb

Mayın 5-də keçirilən buraxılış imtahanının doğru cavab etalonları açıqlanıb

Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

Müharibə veteranları hansı vergilərdən azaddır?

Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib ®

Yol polisi hava şəraiti ilə bağlı müraciət edib

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

Müştəri məmnuniyyəti niyə vacibdir?

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Üç ayda yarım milyardlıq nəqliyyat vasitələri və onların hissələrini almışıq – Nə qədər azalıb?

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

Kiçikdən başlamağın faydaları

Qeydiyyat üçün son gün - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin