BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
43940

Son günlər bəzi sürücülər qanunla nəzərdə tutulan parklanma xidmətindən - "AzParking"dən şikayətlənirlər. 
 
Habelə sürücülərin bir qismi parklanma olan ərazilərdə ödəniş edə bilmədikləri üçün həmin əraziyə təyin olunmuş "AzParking" xidmətinin əməkdaşlarından şikayətlənərək onları dayandıqları nöqtədə tapa bilmədiklərini qeyd edirlər. 

Bundan savayı, sürücülərin xeyli hissəsi yaşadıqları ərazilərdə parklanma talonu ala biləcəklər.

Görəsən, sürücülərin etirazları nədən qaynaqlanır, onları narahat edən hansı məqamlardır? 

Bəs yaşadıqları ərazilərdə parklanma talonu alacaq sürücülər üçün hansı güzəştlər tətbiq olunacaq?
 
Bütün bu sualların cavabını almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinə sorğu ünvanladıq.

Agentliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Tural Orucov bildirib ki, hazırda Bakı şəhərində müəyyən olunmuş 4 ödənişli parkinq zolağı mövcuddur: 

"Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, 1-ci, 2-ci və 3-cü zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. 4-cü zonada isə parklanma ödənişsizdir. Bu zonada infrastruktur yaradılacaq, lakin sürücülərdən parklanmaya görə ödəniş tələb olunmayacaq. Həftənin bazar günləri, eləcə də günündən asılı olmayaraq saat 22:00-dan saat 07:00-dək parklanma ödənişsizdir. "Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün də ödəniş tələb olunmur.

Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. 

Hər bir parklanma məntəqəsində parklanmanın və ödənişlərin həyata keçirməsi qaydalarını əks etdirən məlumat lövhəsi quraşdırılıb. Sürücülər məlumat lövhələrindəki informasiya uyğun olaraq parklanma prosesini reallaşdıra bilərlər. Parklanmaya nəzarət edən xüsusi ayrılmış əməkdaşların hər məntəqədə olması isə mütləq və məcburi deyil".
 
Agentliyin səlahiyyətli şəxsi əlavə edib ki, ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
 
"Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər. Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb".
 
Mövzuyla əlaqədar açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov AYNA-nın hazırkı iş mexanizmini və işgüzar fəaliyyətini belə qiymətləndirib:

"Bakı Nəqliyyat Agentliyinin də (BNA) səlahiyyətlərinin AYNA-ya verilməsinə baxmayaraq bu qurum başqa bir qurumun yenidən formalaşması nəticəsində yaranmış daha geniş səlahiyyətlərə malik bir agentlikdir. BNA sonradan AYNA-ya tabe oldu. Düşünürəm ki, bu doğru addım idi. Çünki Bakı şəhəri və bölgələrdə nəqliyyat sistemini tənzimləyən vahid bir qurum olmalıydı. Bu da hazırda AYNA-dır. Çox təəssüf ki, BNA-dan qalan bəzi problemlər də miras kimi AYNA-ya qalıb. AYNA indi bu problemləri həll etməklə məşğuldur. Bilirik ki, BNA-nın aktiv fəaliyyətlərindən biri də parklanması məsələsi idi. Bu problemin həll edilə bilməməsi idi. Artıq cəmiyyətin təkidi ilə "AzParking" sistemi yaradıldı. Daha sonra BNA-nın buraxdığı bir çox səhvlərdən biri də velosiped yollarının piyada səkilərinin üzərində çəkilməsi, yolların daraldılması, "butulka effekti"nin yaradılması idi. Ümumiyyətlə, bir çox hallarda BNA Bakı şəhərində vətəndaşların hərəkətini sərbəst etməkdənsə, daha da qəlizləşdirirdi. Buna biz həm də sürücülərə qarşı yaradılan maneələrdən də misal çəkə bilərik. Sürücülərin dayanma-durmaya görə qanunsuz cərimələnməsini də qeyd edə bilərik. Bütün bunlardan sonra məlum olur ki, BNA-nın bir vaxtlar sürücülərə yazdığı aktiv cərimələrin hamısı qanunsuz imiş. Bunlar üzə çıxdı".

Ekspert bildirib ki, yaradılan "AzParking" xidməti Rusiya təcrübəsinin nəticəsidir:
 
""AzParking" sisteminin yaradılması Rusiya təcrübəsinin nəticəsidir. Bizim orijinal Azərbaycan mütəxəssislərinin təcrübəsi deyil. Belə praktika müxtəlif ölkələrdə var. Düzdür, hazırda həmin tətbiqin özü funksional deyil, amma vətəndaşlar getdikcə buna öyrəşməyə vərdiş edirlər. Ümid edirik ki, bu daha da mükəmməl olacaq. Həmçinin AYNA-ya aid olan nüanslardan biri də avtobus zolaqları dediyimiz ictimai nəqliyyatın yollarıdır. Həmin avtobus zolaqlarının da statusu yoxdur. Sözügedən zolaqlarda hansı nəqliyyat vasitələrinin hərəkət etməsi də müəyyənləşdirilməlidir. Zolağın eni, uzunu neçə metrdir? Bütün bu suallar məlum olmalıdır. Bu zolaqla mopedlər, motosikletlər, taksilər və digər nəqliyyat vasitələri də hərəkət edə bilməlidir. 
 
Biz sıx olaraq AYNA-nın mütəxəssisləri ilə diskusiyada oluruq. Təklif və iradlarımızı deyirik. Bəzən təkliflərimiz nəzərə alınır, bəzən alınmır. Hər halda biz hesab edirik ki, nəticə etibarilə, AYNA-nın fəaliyyəti qənaətbəxşdir. Cəmiyyətdə AYNA-ya qarşı BNA-ya qarşı olan neqativ fikir formalaşmır. Düzdür, çatışmazlıqlar var, lakin bu, o qədər də böyük problem yaratmır. Ən böyük problem isə nəqliyyata buraxılan avtobusların sayının azlığıdır. Burada özəl daşıyıcı şirkətllərin məsuliyyətsizliyi ön plana çıxır".

© azxeber.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin