BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8297
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1326
43880

Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabata görə, 2023-cü ildə Azərbaycanda vergi orqanları 14,6 min obyektdə vergi nəzarəti tədbirləri həyata keçirib. Sənədə əsasən, bu obyektlərin 12,3 minində və yaxud 84 %-də qanun pozuntusu faktları aşkar olunub. 

Nəzarət tədbirlərinin nəticələrinə görə, 16,5 min akt, o cümlədən qanun pozuntusunun aşkarlanmasına dair 13,7 min, pozuntu faktının olmamasına dair isə 2,8 min akt tərtib edilib, qanunvericiliyin tələblərinə əməl etməyən vergi ödəyicilərinə ümumilikdə 46,9 milyon manat maliyyə sanksiyası və 28 min manat inzibati cərimə tətbiq edilib.

Maliyyə sanksiyalarının tətbiqinin artma səbəbi nədir? Bu sanksiyalar bahalaşmaya səbəb ola bilərmi?

Valyuta.az bu sualları iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli deyib ki, nə qədər qəribə səslənsə də, nəticə etibarı ilə bu sanksiyaların da son ödəyiciləri bizik, vətəndaşlar və alıcılardır:

"Cəriməni ödəyərək xərclərini artıran biznes çevrələri də həmin ödənişi mal və xidmətin üzərinə gəlir. Bu sanksiyalar dolayısı ilə vətəndaşın cibindən çıxır". 

Ekspert əlavə edib ki, pandemiya başlayanda 3 illik müddətdə biznesə müəyyən yoxlamalarda ara verilib, güzəştlər tətbiq olunması ilə bağlı qərarlar tətbiq olunub. Daha sonra bu müddət bitib:

"Belə çıxır ki, müddət bitən kimi bizneslərə daha çox sanksiyalar tətbiq edilməyə başladı. Bu onunla əlaqədar idi ki, 2020-21-22-ci illərdə həm pandemiya ilə əlaqəli iqtisadi aktivlik azalmışdı. Ona görə də yoxlamalar və sanksiyalarla bağlı fasilə verildiyinin şahidi olduq. Hətta həmin dövrdə işləməyən bəzi biznezlərə maliyyə dəstəyi də ayrıldı. Görünür, 2023-cü ildə bu yoxlama qadağaları tamamilə aradan qalxdı və boşluqlar nəzərə alınaraq daha çox yoxlamalar başlandı".

Natiq Cəfərlinin sözlərinə görə, yoxlamalar nə qədər çox olursa, bir o qədər də maliyyə sanksiyası tətbiq olunur:

"Amma maliyyə sanksiyaları istənilən halda biznesin üzərinə əlavə yükdür. Biznes də heç vaxt onu cibindən ödəmir. Ödədiyi vəsaiti sonradan mal və xidmətin üzərinə gəlir". 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Diplomu tanınmayan şəxsləri işə götürürlər?

Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB

Müştəri məmnuniyyəti niyə vacibdir?

“Azəri Star Mikromaliyyə” növbəti dəfə zərər edib, yığılmış zərəri 700 min manata yaxınlaşıb

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Bu şadlıq evi 2 milyona satıldı: Sökülür (FOTO)

Şirkətlər niyə təcrübəli marketoloqlar axtarır?

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Üç ayda yarım milyardlıq nəqliyyat vasitələri və onların hissələrini almışıq – Nə qədər azalıb?

Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

Rusiyanın dərman şirkəti Azərbaycandan gedir

Kiçikdən başlamağın faydaları

Qeydiyyat üçün son gün - 82 min nəfər tələbə olmaq istəyir

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Avro və lirə bahalaşdı - Məzənnə

“Telegram”da fişinq mənbələrinin sayı artıb

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nədir?

Parklardakı attraksionlar nə dərəcədə təhlükəsizdir? - VİDEO

İdeal ailə səyahəti üçün ən uyğun avtomobil bəlli oldu

Güzəştli əsaslarla yaşa görə pensiya hansı halda yenidən hesablanır?

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin