BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
43707

“Hər kəsin müəyyən dərəcədə iqtisadi biliyi olmalıdır” deyirlər. Hamı iqtisadiyyatla bağlı hansı məlumatlara malik olmalıdır ki, gündəlik həyatında çətinliklərlə üzləşməsin? İqtisadi məlumatlı vətəndaşla iqtisadi cəhətdən məlumatsız vətəndaşın həyatında müqayisədə hansı fərq ortaya çıxır?

Valyuta.az-a bu barədə danışan iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, iqtisadi bilik bizim gündəlik həyatımız ilə bağlıdır və burada iqtisadiyyatsız keçinmək heç cür mümkün deyil: “Ümumiyyətlə, bütün sahələrdən məlumatlı olmaq insanlar üçün daha faydalıdır. Öyrəndiyin hər bir məlumat sənə təbii ki, lazım olur. İqtisadi biliyə gəldikdə isə, bu sahə ilə bağlı hər bir element bizim gündəlik həyatımızda və fəaliyyətimizdə mövcuddur. Buna görə də, bütün insanlar elementar da olsa, iqtisadi biliklərə malik olmalıdır. Əgər bizim hər birimiz müəyyən sahədə çalışırıqsa, aylıq əməkhaqqı alırıqsa, bu gəlirlə də bazara çıxıb ən zəruri ərzaq məhsullarına olan ehtiyacımızı alırıqsa, əlbəttə ki, hər birimizin iqtisadiyyat haqqında müəyyən məlumatımız olmalıdır. Çalışdığımız dövrdə aldığımız əməkhaqqını digər əməkhaqqına qədərki dövrdə necə xərcləmək lazımdır ki, ay sonuna çatsın? Burada bizim qida, səhiyyə, geyim və s. kimi ehtiyaclarımız var və bunları da nəzərə almalıyıq. Bunu ağıllı şəkildə idarə etmək üçün mütləq iqtisadi biliklərimiz olmalıdır”. 

“Elementar iqtisadi biliklərə malik olmaq iqtisadçı olmaq demək deyil”
 
Ekspert qeyd edir ki, bu, “hamı iqtisadçı olmalıdır” demək də deyil: “Elementar iqtisadi biliklərə malik olmaq iqtisadçı olmaq anlamına gəlmir. Amma müəyyən iqtisadi proseslərdən məlumatlı olmalıyıq. Pul verib aldığımız ərzaq məhsulunun dəyərinin hansı elementlər əsasında formalaşdırıldığını və qiyməti müəyyən edən amilləri bilməliyik. Qeyd etdiyimiz nüanslarsız hər hansı şəxsin cəmiyyətdə bir fərd kimi özünü yaşada bilməsi, mövqe sahibi olması mümkün deyil. İqtisadi məlumatlı olmaq hər bir vətəndaşın borcudur”. 

“Ölkə əhalisinin əksəriyyətinin iqtisadi bilik səviyyəsindən narazıyam”

Ekspert ən azından yaşadığımız ölkənin iqtisadiyyatına aid olan məqamları bilməyimizin vacib olduğunu deyir: “Ən azından yaşadığımız ölkədə ölkənin iqtisadi gücü, dövlət büdcəsi, dövlətin əsas gəlirləri haqda məlumatlı olmalıyıq. Bunlar zərurət deyil, amma bütün bunlara sahib olmaq daha faydalı olar. Ölkə əhalisinin əksəriyyətinin iqtisadi biliyi yoxdur. Təəssüf ki, bu gün mərkəzi küçələrin birinə sorğu edib əhalidən soruşsaq ki, Azərbaycanın dövlət büdcəsi nə qədərdir? Dövlət büdcəsinin gəlirlərinin əsasını nə təşkil edir? 10 nəfərdən 9-u bunu bilməyəcək. Çünki, bizim əhaliyə bunlar maraqlı deyil. Amma başqa vaxt maaşlardan, sosial müavinətlərdən, pensiyaların məbləğindən şikayət edirik. Fərqinə varmalıyıq ki, heç bir dövlət istəməz ki, onun vətəndaşı aldığı müavinətlərdən narazı olsun. Sadəcə bu dövlətin iqtisadi gücü, maliyyə imkanları daxilində olan məsələlərdir. Bunlar haqqında yaxşı olardı ki, hamımız məlumatlanaq”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin