BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43383

"Elektron Hökumət Portalı ilə bağlı məsələ aktual problemdir. Portal artıq yaradılıb, bir çox hallarda da fəaliyyət göstərir. Müəyyən arayışların alınması üçün hansısa idarəyə də getməyə ehtiyac qalmayıb. Bəzi işlər görülüb, amma yetərli deyil, layihənin inkişaf etdirilməsinə ehtiyac var". 

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Elektron Hökumət Portalının fəaliyyətindən danışarkən deyib.

Elektron Hökumət Portalı fəaliyyət göstərsə də, tam gücü ilə işləyə bilmir. Bu da insanların dövlət qurumlarına müraciət edərkən problemlərlə üzləşməsinə, arayış və digər sənədləri alarkən əlavə vaxt itkisinə səbəb olur.

Natiq Cəfərli bildirib ki, portalda müəyyən problemlər mövcuddur və bunlar aradan qaldırılmalıdır. Əsasən də, inteqrasiya məsələsi həll olunmalıdır ki, vətəndaşın vaxt itkisinə yol verməsinin qarşısı alınsın:

"Onun tamamilə işlək vəziyyətə salınması və bütün məlumat bazasının vahid mərkəzdə inteqrasiya edilib, daha asan hala gətirlməsi ilə bağlı hələ problemlər mövcuddur. Düşünürəm ki, bununla məşğul olan orqanlar öz fəaliyyətlərini genişləndirməlidirlər. Çünki bu o qədər də çətin prosedur deyil, çox asanlıqla həll edilməli məsələdir. Hansısa texniki məlumat bazalarının toplanması və bölünməsi qaydalarında dəyişiklik edilməsinə ehtiyac var ki, bir çox hallarda belə məsələlər elektron qaydada öz həllini tasın. Müxtəlif qurumların artıq elektron məlumat bazaları mövcuddur. Sadəcə onları inteqrasiya etmək lazımdır ki, bir-birini görə, əlaqəli vəziyyətdə fəaliyyət göstərə bilsinlər. Bütün sadaladığım bu məsələlər həllini tapsa, vətəndaşların zaman israfına ehtiyac qalmayacaq. Nəticədə bu proseslər vətəndaşların işini asanlaşdıracaq".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin