BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43346

“Bu məsələlər mərhələli şəkildə həyata keçirilə bilər. Yəni, icbari tibbi sığorta çərçivəsində belə xəstəliklərin ambulator mərhələdə davam edən sağalma periodunu nəzərə alaraq müəyyən dərman preparatları konkret bir müddət üçün müalicə paketinə daxil edilə bilər”. 

Bunu Valyuta.az-a professor Adil Qeybulla dövlət hesabına verilən dərmanların siyahısının genişləndirilməsi təklifini şərh edərkən deyib. 

Adil Qeybulla əlavə edib ki, lakin xroniki xəstəliklər - şəkərli diabet, qan təzyiqi, hemofiliya kimi xəstəliklərdə xəstələrin bu dərmanlara ömürlük ehtiyacı var: “Həmin dərmanlar hələlik dövlət proqramı ilə xəstələrə verilir. Sadəcə olaraq, bu dərman preparatlarının paketi hazırlandıqda onların keyfiyyət parametrlərini ilkin olaraq nəzərə almaq mümkündür. Hətta bəzi keyfiyyətli dərmanların vətəndaşla dövlət arasında bölüşməsi praktikası da bir müddət tətbiq oluna bilər. İcbari Sığortanın imkanları da buna tam cavab verəndən sonra dövlət tərəfindən həmin dərmanların xəstələrə verilməsi tam qarşılana bilər. İndi isə bu proses mərhələ-mərhələ həyata keçirilə bilər”. 

Həmsöhbətimiz əlavə edib ki, bütün bunlar isə sığorta üçün ayrılmış imkanların çərçivəsində dəyərləndirilməlidir:

“Ən əsası isə bu gün icbari tibbi sığortanın tətbiq edilir və kifayət qədər mürəkkəb müayinə metodlarından, əməliyyatlardan insanlar pulsuz faydalana bilir. 

Bunun bütün sahələri tam əhatə eləməsi, daha effektiv çalışması və s. üçün də zaman tələb olunur. Müəyyən təşkilatı nöqsanları nəzərə almasaq, icbari tibbi sığortadan xeyli vətəndaşın yararlandığını görürük”. 

Qeyd edək ki, dövlət hesabına verilən dərmanların siyahısının genişləndirilməsi təklif edilib. Bildirilib ki, hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsi təklif edilir.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin