BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43319

Ofislərdə əməkdaşların kamera nəzarəti altında işlədilməsi, demək olar ki, 8-9 saat ərzində onların hər bir hərəkətinin müşahidə edilməsi müzakirə mövzusuna çevrilib. “TikTok”da bu barədə yayılan videolarda özünü mütəxəssis kimi tanıdan şəxslər iddia edirlər ki, iş yerlərində işçiləri kamera vasitəsilə güdmək, onları daim izləmək hüquq pozuntusudur. Tövsiyə edilir ki, belə halla qarşılaşan vətəndaşlar əvvəlcə müdriyyətə etirazlarını çatdırsınlar. Əgər bu yolla məsələ həllini tapmazsa, o zaman hüquq müstəvisində mübarizə davam etdirilsin, ofisin, şirkətin rəhbərindən təzminat tələb olunsun.

Maraqlıdır, bu iddialar nə dərəcədə əsaslıdır? Ofisdə işçilərin kamera nəzarəti altında işlədilməsi hüquq pozuntusu sayılırmı? Qanunvericilikdə, beynəlxalq təcrübədə bununla bağlı hansı müddəalar, tələblər var?

Mövzu ilə bağlı “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, kameralar quraşdırılarkən milli və beynəlxalq qanunvericliyin tələbləri gözlənilməlidir.


Hüquqşünasın sözlərinə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir: “Təhlükəzislik kameralarının quraşdırılması sahəsində ictimai münasibətləri tənzimləyən qanun və ya qanun qüvvəli normativ-hüquqi akt yoxdur, ya da bu, mənə bəlli deyil. Lakin hesab edirəm ki, kameralar quraşdırılarkən milli və beynəlxalq qanunvericliyin tələbləri gözlənilməlidir. Belə ki, Konstitusiyanın 32-ci maddəsində şəxsi toxunulmazılıq hüququ təsbit edilib. Həmin maddənin tələbinə görə, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.


R.Səfərov qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə şəxsi həyatın toxunulmazlığını pozma cinayət məsuliyyəti yaradır: “İstintaq təcrübəsini, icraatımda olmuş cinayət işinin səbəbini sizinlə bölüşmək istərdim. Bilirsiniz ki, əvvəlki illərdə prokurorluq orqanlarında xidmət etmişəm. Şəxsi həyatın toxunulmazlığını pozma üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Xidməti evimin qonşuluğunda yaşayan bir şəxs bacısının şəxsi həyatına müdaxilə etmişdi. Belə ki, yaşadığım evin həyətinə daxil olub, gizli surətdə müşahidə kamerası yerləşdirmişdi və birbaşa bacısının evinə istiqamətləndirmişdi. Həyətyanı sahədə həmin kamera tərəfimdən aşkar edilənədək öz evindən izləmişdi. Təxminən 50 metr naqildən istifadə etməklə bacısının şəxsi həyat toxunulmazlığını pozmuşdu və bu, məzuniyyətdə olduğum dövrdə mümkün olmuşdu. Təbii ki, araşdırdım, cinayət işinin başlanması üçün əsaslar müəyyənləşdi, şəxs Cinayət Məcəlləsinin 156.1-cı (şəxsi həyatın toxunlmazlığını pozma), 158.1.-ci (Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildi. Onun barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçildi, ibtidai istintaq yekunlaşdırıldı, iş baxılması üçün məhkəməyə göndərildi, ittiham hökmü çıxarıldı, indi xatırlamadığım miqdarda cərimələndi”.

Hüquq müdafiəçisi söyləyib ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və bəyannamələr, o cümlədən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi şəxsi həyatın toxunulmazlığına təminat verir: “İctimai yerlərdə, parklarda, ofislərdə, restoranlarda, hotellərdə və sair müşahidə kameralarının yerləşdirilməsi qanunidir. Müşahidə kameraları ilə bağlı xəbərdarlıq elanlarının vurulması vacibdir. Əlbəttə, hansısa müəssisədə, obyektdə kamera varsa, işçilər, vətəndaşlar bundan məlumatlı olmalıdırlar. Bu, olmazsa, gizli çəkiliş kimi qəbul edilir, hüquq və qanun pozuntusu sayılır. Başqa sözlə desək, gizli çəkiliş konstitusion normanın pozuntusu deməkdir, şəxsi həyata müdaxilədir”.

R.Səfərov vurğulayıb ki, ictimai qaydaların pozula biləcəyi, qəzaların baş verməsi mümkün olan yerlərdə müşahidə kameralarının quraşdırılması hüquqazidd deyil: “Lakin, məsələn, sanitar qovşaqda hansısa kameranın quraşdırılması təhlükəsizlik məsələsi deyil, bu, birbaşa şəxsi həyata müdaxilədir. Xatırlayıram, bir neçə il bundan əvvəl orta məktəblərin birinin oğlanlar üçün nəzərdə tutulmuş sanitar qovşağa kamera yerləşdirilmişdi və bu, ortaya çıxanda məktəb rəhbərliyi hərəkətini bununla əsaslandırmışdı ki, uşaqlar ayaqyolunda siqaret çəkir və sair. Zərərli vərdişləri müəyyənləşdirmək istəyən pedaqoqlar anlamamışdılar ki, bununla şəxsi həyat toxumulmazlığını kobud surətdə pozmuşdular. Başqa bir misal gətirim. Bilirsiniz ki, 3 il həbsdə olmuşam. Saxlandığım ciddi rejimli cəzaçəkmə müəssisəsinin “barak”larında, yəni məhkumların yatdığı yerlərdə müşahidə kameraları quraşdırılmışdı. Bir müddət sonra yığışdırıldı və bu, şəxsi həyat toxunulmazılığına hörmətlə izah edildi. Qeyd etdiyim kimi, təhlükəsizlik məqsədi ilə, qanunazidd davranışların, cinayətlərin qarşısını almaq məqsədilə müşahidə kameralarının quraşdırılması hüquq pozuntusu deyil”.

© medianews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin