Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin azalmasına səbəb nədir? - Ekspert rəyi
“Buna əsas səbəb 2023-cü ilin yanvar ayı ilə müqayisədə Azərbaycanın neft satışının bu ilin yanvar ayında aşağı düşməsidir”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, neftin əsas alıcıları Avropa Birliyi ölkələri olduğundan onlar arasında ticarət dövriyyəsi aşağı düşüb:
“Çünki 2024-cü ildə ölkənin ixracının 88%-i neft və qaz sektorunda idi, 2023-cü ildə isə bu rəqəm 85% idi. Burada diqqəti cəlb edən nədir? 2023-cü ilin yanvar ayında biz təqribən 1,4 milyard dollar xam neft satmışdıq. 2024-cü ilin yanvar ayında bu rəqəm 863 milyona düşüb. Təqribən 537 milyon dollarlıq bizim neft satışımız aşağı düşüb”.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın azalıb.
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında 2024-cü ilin yanvarında ticarət dövriyyəsinin dəyəri 905 milyon 931 min ABŞ dolları olub. Bu, 2023-ci ilin yanvar ayı ilə müqayisədə 36,1% azdır. Azərbaycan ticarət əməliyyatlarını əsasən İtaliya, Portuqaliya, Almaniya, Bolqarıstan, Yunanıstan ilə aparıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay