BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
43173

Azərbaycanda bələdiyyələrin sayı təxminən iki dəfə azaldılır. Bu məqam “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən bir qədər artıq bələdiyyə fəaliyyət göstərəcək.

Mövzu ilə bağlı Valyuta.az-a açıqlamasında bələdiyyə eksperti Abel Bayramov bələdiyyələrin sayının azaldılmasını müsbət hal kimi dəyərləndirsə də, özünüidarə orqanlarının inkişafı baxımından bununla kifayətlənməyi yetərli saymadı:

“Bələdiyyələrin sayının azaldılması hesabına böyüdülməsi yaxşı təşəbbüsdür. Amma təkcə say azaltmaqla bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsini təmin etmək mümkün deyil”. 

Ekspert qeyd edir ki, digər islahatlar da paralel aparılmalıdır:

“Bu islahatla yanaşı, bələdiyyələrin səlahiyyətlərinin artırılmasına, səlahiyyətlərinin tam və müstəsnalığının təmin olunmasına ehtiyac var. Yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulmuşuq. Xartiyanın tələbinə əsasən bələdiyyələrin öz səlahiyyətlərini həyata keçirməyə imkan verəcək dayanıqlı maliyyə mənbələri olmalıdır. Amma indiki qanunla təsbit olunmuş maliyyə mənbələrinə diqqət yetirəndə həmin mənbələrin dayanıqlı olmadığını görürük.

Bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisi ala bilər. Digər mənbə yerli əhəmiyyətli tikinti materiallarından götürülən mədən vergisidir. Bələdiyyələrin mütləq əksəriyyətinin ərazisində isə yerli əhəmiyyətli tikinti materialalrı yoxdur. Başqa maliyyə mənbəyi bələdiyyə müəssisəsindən alınan mənfəət vergisidir. Amma belə müəssisələr də demək olar ki, mövcud deyil. Yəni hazırda bələdiyyələr üçün tanınan maliyyə mənbələri dayanıqlı və bələdiyyənin səlahiyyətini həyata keçirməsini təmin edə biləcək qədər yetərli deyil”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hotellərindəki yerlərin 82%-i boş qalıb

Yüksək mahnı səsinə görə sahibkarı hansı CƏZA gözləyir?

Deputat: "Qadınların daha tez pensiyaya çıxmasını məqsədəuyğun hesab edirik"

Dünyanın ən zəngin aktyorları – SİYAHI

Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri azalıb?

Avropalılar saatda nə qədər qazanırlar? – ARAŞDIRMA

Məşhur avtomobil istehsalçısı öz avtomobillərinin adını dəyişəcək

"Rolls-Royce" daha bahalı avtomobillər istehsal edəcək

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü

Günəşdə daha bir güclü partlayış qeydə alınıb

Telefondan çox istifadə bu xəstəliklərə səbəb olur

Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? (VİDEO)

Minlərlə zəhərli kitab müsadirə edilib

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

Bakıda bu körpü sökülür? (AÇIQLAMA/VİDEO)

“Bakı marafonu 2024” start götürdü

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin