BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
42816

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA ) müvəkkil banklar vasitəsilə fermerlər üçün yeni məhsul təqdim edəcək. “Yeni Müsavat” xəbər verir ki, bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib. Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin xərcləri üçün ayrılan 1 illik kreditlərin faiz xərcinin bir hissəsini dövlətin ödəməsini nəzərdə tutur: “Banklar öz vəsaitləri hesabına fermerlərin əməliyyat xərclərini qarşılamaq üçün kredit verəcək və onların faizini qismən dövlət qarşılayacaq.

Bu layihə ilə bağlı şərtlər rəy üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda layihənin təsdiq prosesi tamamlandıqdan sonra şərtlərlə bağlı ictimaiyyətə məlumat veriləcək".

Qeyd etmək yerinə düşər ki, bundan əvvəl də dövlət proqramları çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələri üzrə subsidiyalar, müəyyən imtiyazlar ayrılıb. Amma zaman-zaman fermerlər bu imtiyazların yetərli olmadığını bildirirlər. Ekspertlər isə hesab edir ki, bu sahədə olan boşluğu, problemləri yalnız subsidiyalarla həll etmək mümkün deyil. 

Yeri gəlmişkən, Aqrar Subsidiya Şurası 2024-cü il üçün bitkiçilik sahəsində subsidiyaların məbləği ilə bağlı qərar qəbul edib və qərara əsasən, baza məbləği 200 manat götürülüb. Baza məbləği deyəndə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti nəzərdə tutulur. Ölkədə fermerlərə payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlanılıb. Xatırladaq ki, subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. İlkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 min 702 əkin bəyanı əsasında 263 min 992 fermerə, ümumilikdə, 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543 min 298 hektar sahəni əhatə edir. Bu arada, ötən il fevralın əvvəllərində ölkə üzrə 189 min 946 əkin bəyanı üzrə 93 min 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilmişdi. Ümumi ödənişlər isə 258 min 349 hektar əkin sahəsini əhatə etmişdi. Göründüyü kimi, bu il ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı isə 2,8 dəfə artıb.

Kreditlərin bir hissəsinin dövlət tərəfindən ödənilməsi problemlərin həllində nə kimi rol oynayacaq? 

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dövlət mütəmadi olaraq müasir proqramlar vasitəsilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə müxtəlif dövrlərdə, müxtəlif məhsullar üzrə subsidiyalar təqdim edib: “Hesab edirəm ki, bunlar effektiv olmur. Məsələ tək subsidiyanın və ya güzəştli kreditin təmin edilməsində deyil. Kredit ayrılandan sonra fəaliyyətin daha düzgün qurulmasına nəzarət etmək lazımdır. O səbəbdən bu yaxşı bir təşəbbüsdür. Lakin burada əsas məqam fermerlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsinə riayət olunmasıdır. Biz müşahidə edirik ki, fermerlər qonşuya baxıb öz işini planlayır, misal üçün görür qonşusu bu il soğan əkdi, qazanc götürdü, o da eynisini təkrarlayır. Problemlər də bu cür yanaşmalardan başlayır. Artıq bu il onun əkdiyi soğana ehtiyac olmur, bazarda kifayət qədər məhsul var. Kredit götürən fermerlər üçün dəqiq bazar araşdırılmalıdır. Çünki bəzən görürük ki, fermerlər güzəştli vəsaitdən istifadə edirlər, riskləri düzgün hesablamırlar. Növbəti hava şəraiti, yaxud digər səbəblərlə bağlı problemlər yaranır, məhsulları məhv olur, pis duruma düşürlər, müflis olurlar. Fikrimcə, fermerlərin fəaliyyətinə düzgün yanaşma sərgilənsin”. 

Ekspert əlavə edib ki, bu sahəyə yeni texnologiyaları tətbiq edən fermerlərə kreditlərin verilməsi daha uyğun olardı: “Çünki bu gün kənd təsərrüfatında daha çox ənənəvi üsullardan istifadə olunur. Yeni yanaşma, yeni texnologiyalar əsasən də suvarma sistemində, toxumçuluqda istifadə olunmur. Hesab edirəm ki, kreditlərin verilməsi həm də bu məsələni tənzimləməlidir. Burada əsas fermerin öz işində müasir texnologiyanı tətbiq etməsi və satış kanallarını əldə edə bilməsidir. Problemlərdən biri odur ki, bəzən fermerlərin məhsulu çox olanda sata bilmirlər. Məhsulları xarab olur. Ölkədən xaricə mallarını sata bilmirlər. Bu sahədə onların biliklərə yiyələnməsinə ehtiyac var. Təcrübə göstərir ki, əsas məsələlərdən biri satış bazarının məhdud olmasıdır. Kreditləri o fermerlərə vermək lazımdır ki, onların satış əlaqələri daha geniş olsun”. 

Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən  dəstək proqramı çərçivəsində 31 dekabr 2023-cü il tarixinədək 52 milyon manat ödənilib. Bununla yanaşı, pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilməsi davam etdirilib. Proqram çərçivəsində 31 dekabr 2023-cü il tarixinə kredit qalıq məbləği 893,4 milyon manat olan 5071 müraciətə 73,3 milyon manat faiz subsidiyası ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin