“Restoran və şadlıq evləri sahəsində ciddi rəqabət var”
“Restoran və şadlıq evləri sahəsində ciddi rəqabət var”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli şadlıq saraylarının qiymət artımından danışarkən deyib. Ekspert bunun səbəbini günbəgün artan qiymətlərlə əlaqələndirib:
“Bazarda yüzlərlə restoran və şadlıq evləri fəaliyyət göstərir. Amma buna baxmayaraq, qiymətin artması onu deməyə əsas verir ki, restoranlar uzun müddətli rentabelli fəaliyyət göstərməsi üçün qiymət siyasətinə baxmaq məcburiyyətində qalıblar. Restoranı seçəndə insanlar daha rahat və çevik qərarlar verə bilirlər. Bu baxımdan restoranlar bahalaşmış ərzaq qiymətlərini və xidmətlərin qiymətini öz menyularında əks etdirirlər. Məsələn, əvvəl müğənni 3 minə oxuyurdusa bu gün həmin qiymət 5 min olub”.
Xalid Kərimli qeyd edib ki, restoran sahibi də bunu görür və artan qiymətləri öz menyusunda əks etdirir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay