BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
42664

Bəzi restoranlarda qiymətlər həddindən artıq baha qoyulur. Məsələn, 20 manatlıq məhsulu 60 manata, 5 manatlıq məhsulu 25 manata və s. kimi hallar olur. Müştərilər marketlərdə satılan hər hansı bir məhsulun restoranlarda çox daha baha olduğunu qeyd edirlər. Bəs restoranların qiymətlərini tənzimləyən hər hansı sistem var, yoxsa restoran hansı qiymətə istəsə məhsulu sata bilər?

Bu barədə Valyuta.az danışan restorator Mahir Əhmədzadə qeyd edib ki, azad biznes, azad iqtisadiyyat, azad bazar olduğu üçün qiymət məsələsində fərqli yanaşmaların şahidi oluruq:

"Bəzi sahibkarlar fikirləşir ki, obyektə nə qədər xərc sərf olunubsa (təmirinə, avadanlıqlarına və s.), bunu tez bir zamanda çıxarmalıdır. Buna görə də istədikləri qiymətləri aldıqları məhsulun üzərinə qoyub satırlar. Sovet vaxtında belə bir kitab var idi və orada qeyd olunmuşdu ki, hər satılan məhsulun üzərinə 45 faizdən artıq qoymaq olmaz. Amma indi bəzi restoranlar məhsulun üzərinə 100 faizə qədər, bəzi hallarda daha çox pul qoyurlar. Azərbaycanda hazırda bunu tənzimləyən qayda yoxdur, azad bazar iqtisadiyyatına uyğun olaraq qiymətlər qoyulur. Hər sahibkar öz vicdanı ilə qiymətləri tənzimləməlidir. Hər bir sahibkarın obyekt, kommunal, işçi, vergi xərcləri fərqli olduğu üçün sahibkar məcbur olur ki, xərclərini məhsulun üzərinə əlavə etsin. Bu digər sahələrdə də belədir, bütün xərclər satılan məhsulun üzərinə hesablanır”.

M.Əhmədzadə deyir ki, bəzən şərikli bizneslərdə yüksək qiymət təyin edilməsi halları olub: “Təcrübədə bəzi hallar var ki, məsələn, sahibkar 50 manata alınan məhsulu 75 manata satarsa, burada 25 manat gəliri var, amma bu biznes şərikli olduğu üçün hər sahibkar müəyyən məbləğdə pul düşsün deyə, daha baha məhsulu qiymətə satırlar. Ümumilikdə, təcrübəli restoran sahibkarları şişirdilmiş qiymətlər ilə deyil, bazara uyğunlaşaraq daha səmərəli işləyə bilirlər".

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bitcoin 48 saatda 10 min manat ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Daha iki rəis müavini təqaüdə göndərildi

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

“PAŞA Bank”da yeni baş direktor təyin edilib

Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub

Avro və lirə bahalaşdı - Məzənnə

Əmlakına çıxarış ala bilməyənlər üçün yeniliklər gözlənilir - Video

Azərbaycan manatının dövretmə sürəti artıb

Küləkli hava nə vaxtadək davam edəcək?

Bakının bu rayonunda qaz olmayacaq

Bakının bu rayonunda qaz olmayacaq

Azərbaycan nefti 3 %-ə yaxın ucuzlaşıb

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin