Ölkədən kənara istirahət turlarının qiymətinin artmasının səbəbi nədir?
Dövlət Statistika Komitəsinin hesabatındakı məlumata görə, 2023-cü ildə Azərbaycanda ölkədən kənara istirahət turlarının qiyməti 1 xidmət üçün 688.8 manat təşkil edib.
Bu da ilik müqayisədə 60 manat və ya 9,5% çoxdur. 2022-ci ildə Azərbaycanda istirahət turlarının qiyməti 628.8 manat olub.
Valyuta.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirir ki, xaricə istirahət turlarının qiymətinin artması ölkəmizdə iqtisadi göstəricilərin yüksək tepmli inkişaf səviyyəsində olmasından irəli gəlir:
“10 il bundan əvvəl İstanbula gün ərzində 4 aviareys uçurdu. İndi isə gün ərzində 12-13 reys sərnişinlərin istifadəsinə verilib. Bu da iqtisadi göstəricilərin yüksək templə inkişafının nəticəsidir. Turist qismində ölkədən kənara gedənlər sırasına tələbələr də daxildir. Avropanın müxtəlif şəhərlərinə gedən turistlərin təxminən yarısını tələbələr təşkil edir. Bundan başqa, Azərbaycandan Türkiyəni digər mərkəzlərinə, Çinə də uçuşlar genişlənib. Bu ərazilərə də həm turist qismində gedilir, həm iş adamları gedir. Bu da ticarət dövriyyəsinin artımına xidmət edir. Gələcəkdə körfəz ölkələri və Asiya ölkələrinə də daha mütəmadi reyslərin təşkili nəzərdə tutulub”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay