"Trendyol" linki paylaşan blogerlər nə qədər vergi verməlidir?
Valyuta.az blogerlərin trendyol linki paylaşan və həmin link üzərindən əldə olunan gəlirdən nə qədər vergi ödəməsi barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir:
“Əgər hər hansı bloger "Trendyol" linki paylaşır və həmin link üzərindən gəlir əldə edirsə, bu halda qeyd olunan şəxs yalnız gəlir vergisinin ödəyicisi ola bilər. Bu, o deməkdir ki, qeyd olunan fərdi sahibkar əldə etdiyi gəlirdən xərclərini çıxır, yerdə qalan məbləğin 20 faizini gəlir vergisi ödəməlidir. Məsələn, paylaşılan link üzərindən əldə olunan gəlir beş min manatdırsa, min manat xərclərini çıxıb, yerdə qalan dörd minə 20 faiz gəlir vergisi tətbiq edilir və 800 manat gəlir vergisi ödəyir. 2024-cü ildən qüvvəyə minən dəyişikliyə əsasən blogerin ən azı 3 işçisi olarsa, bu halda 75 faiz güzəştdən istifadə edir və əldə olunan gəlirə 20 faiz deyil 5 faiz gəlir vergisi ödəməli olur”.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay