BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
41764

Prezident İlham Əliyevin “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə imzaladığı dəyişikliyə görə kommersiya mübahisələri mediasiyanın tətbiq dairəsindən çıxarılıb.

Buna qədər isə  ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə yanaşı, kommersiya mübahisələri də mediasiyanın tətbiq dairəsinə daxil idi. 

Qanuna edilən bu dəyişikliyi Valyuta.az-a şərh edən vəkil Əkrəm Həsənov bildirib ki, yeni qanunla kommersiya məsələlərinin mediasiyada  baxılmalı məsələlərdən çıxarılmasını doğru hesab edir:

“Mediasiyada prinsipcə istənilən məhkəmə işlərinə əvvəldən könüllü olaraq baxıla bilər. Amma qanun müəyyən edib ki, kommersiya, ailə və əmək mübahisələri mütləq əvvəldən mediasiyadan keçməlidir. 

Məsələn, ailə məsələlərində  boşanma, aliment, uşaqların kiminlə qalması, əmlakın bölünməsi aiddir. Bu məsələlərdə ər və arvad daha çox hissiyata qapılır. Qanun deyir ki, siz əvvəl sülh yolu ilə həll etməyə çalışın. Mediatorların bir çoxu mənə deyib ki, əksər hallarda bu işlər ya məhkəməyə getmir, ya da sərt şəkildə getmir, yəni müdiasiyada həll olunur.

Əmək məsələləri də eyni ilə belədir. Bu məsələlərdə aydındır ki, bir tərəf güclüdür, işə götürəndir, digər tərəf isə işçidir. Burda da işdən çıxarma, əmək haqqının verilməməsi ilə bağlı problemlər olur. Belə məsələlərdə də işə götürən qanunları bilir, işçi isə bilmir. İşçi də bəzən işdən çıxarılan kimi məhkəməyə verir. Bu mübahisə isə illərlə uzanır, nə işə götürənə, nə də işçiyə xeyir gətirir. Amma bir çox hallarda mediasiyada bu məsələlər həll olunur, onlar barışırlar. Məsələn, işçini işə bərpa etməsə də əmri dəyişirlər. Elə göstərirlər ki, işçi özü işdən çıxıb. Bu da işçinin marağında olan məsələdir. Çünki istəməz ki, onun əmək kitabçasında içdən çıxarılmış kimi qeyd edilmir. İşə götürən üçün də ona görə yaxşıdır ki, məhkəmə işi olmayacaq, buna görə də məsələlər illərlə uzanmaya bilər”. 

Hüquqşünas deyib ki, kommersiya məsələləri ilə bağlı işlərdə situasiya bir az fərqlidir:

“Kommersiya məsələlərində hər iki tərəf sahibkardı. Onların maliyyəçisi, hüquqşünası, məsləhətçisi var. Onlar bu qanunları  bilir, mübahisəli məsələləri çalışırlar ki, öz aralarında həll etsinlər. Alınmayanda isə məhkəməyə müraciət edirlər. Burda isə mediatr lazım deyil. Bu məsələlərdə mediatr artıq vaxt və pul itkisinə çevrilir. Praktika göstərir ki, əksər hallarda kommersiya işlərində mediatorlar uğur qazana bilmirlər. Bütün bunlar da əsaslandırılaraq kommersiya məsələləri qanundan çıxarıldı”. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bakıda tıxacları azaldacaq yeni yol - Video

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb

Rusiyanın BVF-dən çıxması nə ilə nəticələnə bilər? - Aleksey Mojin açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin